Məmmədov Zeynal Vahid oğlu - 6 yaşı bu il tamam olub. 7-ci yaşını öz ayaqları üstə tamamlamaq, şagird olmaq şansı var, Allahın köməkliyi ilə!
Hazırda ard-ardına cəmisi bir neçə addım ata bilir, tez yorulur, yerişində axsaqlıq da hiss olunur.
Diaqnozu "
budların anadangəlmə çıxığı" adlanır və həkimlər əməliyyat məsləhət görürlər.
Xəstəyə ilkin məsləhət massaj olub, lakin həkim bunun üçün artıq gec olduğunu, uşağın yaşının çox olduğunu bildirərək, çıxış yolunun məhz əməliyyat olduğunu bildirdi.
Əməliyyat iki mərhələdə aparılacaq. Problem hər iki ayaqdadır, hər ayaq ayrılıqda əməliyyat edilməlidir. İlk mərhələdə sağ, ikinci mərhələdə isə sol ayaq əməliyyat olunmalıdır. Mərhələlər arasında 2 ay fasilə olacaq. Hər mərhələ üçün ilkin məbləğ 2000 AZN təyin olunub (cəmi 4000 AZN).
Əməliyyat Leyla Şıxlinskaya xəstəxanasında Kərimov Ələkbər həkim tərəfindən aparılacaq. İnşAllah, xeyirli-uğurlu olar və Zeynəb balamızı görəndə sevindiyimiz kimi, bu balamızı da gördükcə fərəhlənərik
P.S. İlk ayağın əməliyyatını Novruz ərəfəsinə çatdıra bilsək, əla olar. Hər əməliyyatdan sonra uşağın ayaqı 1 ay müddətinə gipsdə qalmalıdır. Yayın istisində uşaq üçün bu çox çətin olar. Odur ki, ilk ayağın əməliyyatı üçün yığıma son tairix 10 mart təyin edirik.
20 gün vaxtımız var.
Şərhlər