Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
№14 Leyla adlı bir körpənin ürək qüsuru

№14 Leyla adlı bir körpənin ürək qüsuru

№14 Leyla adlı bir körpənin ürək qüsuru


Qurban bayramında "Esperans" Gənclərin xeyriyyə birliyi tərəfindən keçirilən "Qurban bayramında imkansız ailələrə yardım" aksiyası çərçivəsində bizim də siyahımızda olan bir neçə ailəyə ziyarət edildi, bayrampayı verildi. O ailələrdən biri də indi sizə barəsində məlumat verəcəyimiz ailədir. Bu ailə ilə hələki şəxsən tanışlığımız yox idi, sadəcə tutarlı mənbələrdən məlumatlanmışdıq. Bayram da bu tanışlığımız üçün bir bəhanə oldu sanki..
Ailə azyaşlı övladı Leylanın xəstəliyi səbəbilə xeyli borca düşüb, hazırda maddi vəziyyətləri olduqca pisdir. Özləri tələbə yataqxanasında kirayə qalırlar. Ata fəhlə işləyir, ana isə xəstə övladını qoyub işə gedə bilmədiyindən evdar xanımdır...

Leyla 2012 - ci ilin, təxminən avqust ayında bir dəfə, yardımsevər insanların köməkliyi ilə, ürəyindən əməliyyat olunub.

Bir müddət sonra yenidən ürək döyüntülərində qüsurlar yaranıb. Səbəbsə, hələki bilinmir. Uşaq yaxın 1-2 gün ərzində (Ən geci, 25.10.2012 tarixində) ürəyindən tomoqrafik müayinə olunmalıdır. Tomografiyanın nəticələri Ukraynaya göndəriləcək və orada diaqnoz qoyulacaq. Müayinə üçün ailəyə 80 AZN məbləğində pul lazımdır.
Bəziləri üçün 80 AZN elə də çox pul deyil.. Bəziləri üçün isə bu məbləğ görün nələri həll edə bilər..
Əgər biz də birləşə bilsək, hər kəs bacardığını etməkdən çəkinməsə, ailə də övladı üçün bu müayinəni edər və daha sonra dualarımızı da əsirgəməməliyik ki, nəticə müsbət olsun, İnşAllah!
Ailənin bu kiçik övladına kömək etmək üçün kim istəsə bizim vasitəmizlə, kim də istəsə birbaşa uşağın anası ilə əlaqə saxlayıb köməklik edə bilər..

Bizimlə əlaqə: 055 774 33 44 Rüstəm
Ailənin xanımı (Leylanın anası): 055 282 34 75 Aygün xanım
Əlaqə vasitələri haqda ətraflı: burada


Müayinə Rəşad doktor tərəfindən Neftçilər xəstəxanasında aparılacaq.


Elanı mümkün qədər paylaşsaq, bu 1-2 gün ərzində 80 AZN məbləği yığmaq heç də çətin olmayacaq..
Daha sonra isə ailəyə mümkün digər yardımlar etməyə çalışacağıq. İnşALlah, qismət olsa, müayinə haqqında da ətraflı məlumatlar veriləcək zamanla..
Allah özü kömək olsun!
Qiymətləndirmə:

Şərhlər

Müəllif: 1ik.Biz   9 dekabr 2012 00:59  |  Qrup: Təşkilatçı


--------------------

sitat        
Müəllif: 1ik.Biz   31 oktyabr 2012 20:36  |  Qrup: Təşkilatçı
Uşağın müayinəsi üçün yığılan 90 manat bu gün ailəyə çatdırıldı..
Lakin uşağın müayinəsi sabaha qalıb. Səbəb isə bu oldu ki, uşağın bacısı bu gün yıxılıb və ailənin başı buna qarışıb, İnşAllah sabah səhərdən Leyla balamızın müayinəsi həyata keçəcək.
Məlumatları da təbii ki, paylaşılacaq.

Allah əl tutan hər kəsdən razı olsun, İnşAllah!


--------------------

sitat        

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9