Şəkildə göstərilənlərdən əlavə yeni tipli internat evində yeni il tədbirimiz oldu. Eləcə də buranın qaz təminatına, uşaqların qəbula hazırlıqları üçün könüllü müəllimlərlə, əlavə olaraq gündəlik istifadə üçün ev əşyaları və s. kimi təminatlarına köməklik edilib.
Bölgələrimizin birində yaşayan abituriyentimizin universitet hazırlığı üçün aylıq ödənişlər qəbul imtahanlarına kimi olacaq bütün aylar üçün indidən ödənildi (müəllimlərin bəziləri könüllü olaraq dərslərə davam edirlər).
Aylıq müalicə və ərzaq yardımları elanlarda, hesabatlarda öz əksini tapmasa da, mütəmadi yerinə çatdırıldı.
Əsas iki böyük müalicə yardımımız oldu, bunlardan birincisi diabet xəstəliyindən əziyyət çəkən 21 yaşlı Nərgizin müalicəs oldu.
Və son işimiz - 6 yaşlı Zeynalın əməliyyatı. Əməliyyat üçün ilkin məbləğ 4000 AZN təyin edilmiş və ilk mərhələnin ödənişini adının hallanmasını istəməyən bir nəfər ödəmişdi. İkinci mərhələ üçün də çatışmayan məbləği may ayının əvvəlində tamamlamağı söz verib, İnşAllah!
Bu müddət ərzində müxtəlif istiqamətlərdə yardımlar edilən 38 ailəmiz, 95 şagirdimiz və sayını heç təxmin belə edə bilməyəcəyimiz könüllülərimiz oldu.
İstər maddi, istər mənəvi əməyi olan hər bir kəsdən Allah razı olsun!
Böyüklərimizin əllərindən öpürük.
1ik.Biz komandası bilinməyən bir müddətə işini dayandırır. Haqqınızı halal edin
Şərhlər