Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
Zeynəb Paşayeva | Uğurlu əməliyyat

Zeynəb Paşayeva | Uğurlu əməliyyat

6 sentyabr 2013 tarixində Zeynəb balamız ailəsi ilə birlikdə Türkiyədən qayıtdı, şükürlər olsun!
Avqust ayının 17-si nəhayət ki, hamımızın həyəcanla gözlədiyimiz əməliyyat uğurla həyata keçdi və setyabr ayının 6-sında balamız Azərbaycana qayıtdı.

Zeynəb Paşayeva | Uğurlu əməliyyat

Zeynəb Paşayeva | Uğurlu əməliyyat

Zeynəb Paşayeva | Uğurlu əməliyyat

Zeynəb Paşayeva | Uğurlu əməliyyat

Əlimizə fürsət düşən kimi, təbii ki, getdik balamızı ziyarət etməyə. Lazımi məbləğin yığılmasında rolu olan digər qrupun üzvləri bizdən bir neçə gün əvvəl ziyarət etmişdilər və bol-bol şirniyyat, meyvə aparmışdılar, odur ki, biz Zeynəbimizə jurnallar, "özün rənglə", pazl kimi hədiyyələr apardıq. Zeynəb hələ məktəbə getməsə də, artıq oxuya və sadə hesablamalar edə bilir.

Zeynəb Paşayeva | Uğurlu əməliyyat

Zeynəb Paşayeva | Uğurlu əməliyyat

Zeynəb Paşayeva | Uğurlu əməliyyat

Zeynəb Paşayeva | Uğurlu əməliyyat



Əməliyyat məbləği 15.000 dollar idi, bundan əlavə ailənin İstanbula gediş-gəliş bileti, otel pulu.. və bu təkcə 1ik.Biz-in görə biləcəyi bir iş deyildi. Uşağın anası bizə müraciət edəndə, məbləğ bizim üçün əlçatmaz olsa da, demək olar ki, qrupun bütün üzvlərinin ürəyində "alınacaq" deyə bir inam olub. Buna səbəb isə Zeynəbin üzündəki daimi təbəssüm, müsbət enerjisi olub yəqin ki. Bir neçə xeyriyyə qrupu, dost, tanış, qohum - bu işin başa gəlməsində çox-çox sayda, adlarını belə bilmədiyimiz, üzlərini belə görmədiyimiz insanların rolu olub. Və bu qədər insanı Allahın köməkliyi ilə bu işə cəlb edən əsas insanlar Zeynəbin valideynləri olub. Əgər onların bu əzmi və inadkarlığı olmasa idi, nə bu qədər insan bu işdən xəbər tutardı, nə bu qədər yardımsevər biryerə yığılardı, nə də belə qısa müddətdə belə bir iş başa çatardı.
"Bacarmaram" deyib övladlarınızı darda qoymayın, əmin olun ki, siz övladınızı qoruyacaq mələklərsiz, dağları yerindən oynada bilərsiniz. Təbriklər, Pərviz, Leyla, Zeynəb - Paşayevlər ailəsi smile
İnşALlah, Zeynəb balamızın həyatdakı bütün addımları uğurlu olar, baxıb sevinərik, fərəhlənərik!
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9