Mütəmadi olaraq davam etdiyimiz, lakin elanlarda çox paylaşılmayan işlər barədə ümumi məlumat:
1. Komandamızın nənəsinə aylıq ərzaq təminatı. Ortalama 30 AZN edir. Bəzən dərmanlarını çatdırmır, onu da alırıq.
2. Xanım nənə bu aralar soyuqdəymə və təzyiqinə görə xəstəxanada yatırdı, sabah evə buraxılacaq, İnşAllah. Ona da aylıq ərzaq və dərman yardımı nəzərdə tutulur. Ərzaqları birinci nənəmiz kimi, ortalama 30 azn edir, dərmanları isə hələ bilmirik, İnşAllah, bu günlərdə məlum olacaq.
3. Bir ailə başçısının dərman təminatı. Aylıq ortalama 25-30 azn edir.
4. Yeni ailələrimizdən birinin də ailə başçısının müalicəsini boynumuza götürdük. Müalicənin ilk kursu üçün dərmanların bir hissəsi artıq alınıb (27 azn), davamı da alınacaq İnşAllah. Fizioteropeya da lazımdır. Ətraflı məlumat paylaşılacaq İnşAllah. Bayram günlərinin bitməsini gözləyirik, fizioteropeya bayramdan sonra başlanılacaq.
5. Yeni tipli internat evinə davamlı olaraq müxtəlif tipli yardımlar olunur. Dərs ləvazimatları, abituriyentlərin hazırlığı üçün könüllü müəllimlər, zəruri ehtiyac olduğunda qaz kartına vəsaitin yüklənməsi və s.. Bu günlərdə şahmat dəstlərinə ehtiyac var idi, onu da bu gün bir xanım alıb verdi, Allah razı olsun! Bundan başqa qazan və "udlinitel" kimi xırda ehtiyacları da var, çalışıb onu da həll edəcəyik, İnşAllah!
6. Son tanış olduğumuz ailədə isə 4 uşaq var və heç birinin sənədi yoxdur. Uşaqlardan ikisi məktəb yaşına çatsa da, dərsə getmirlər, ümumiyyətlə, ailədə tək sənəd ata və ananın şəxsiyyət vəsiqələridir. Qalan sənədlərin qaydasına salınması üçün işlər gedir.
Belə.. Əgər bu işlərdən hanısndasa necəsə köməyiniz ola bilərsə, bizimlə əlaqə saxlamağınız xahiş olunur. Xüsusən, dərmanların ucuz alınmasına ehtiyac var, müalicə yardımlarımız getdikcə artmaqdadır. Hələ bir neçə nəfər də var siyahımızda, Zeynalın əməliyyat pulunun tamamlanmasını gözləyirik. Onun üçün isə lazım olan 2000 azn-dən hələlik yalnız 250 azn-i yığılıb.
Əlaqə vasitələrimiz:
050 306 49 58
055 910 18 20
Şərhlər