Qəribli Sahil Elçin oğlu 1993-cü il təvəllüdlüdür. Xroniki böyrək çatışmazlığı ilə dünyaya göz açıb.
Diaqnoz: Neyrogen sidik kisəsi, iki tərəfli hidrouretereronefroz IV dərəcəli böyrək fəaliyyətinin kəskin zəifləməsi, Xroniki böyrək çatışmazlığı - II mərhələ.
Hal-hazırda xəstəliyi son həddə yaxınlaşmaqdadır.
Uroloji xəstəxananın həkimləri də tezliklə əməliyyat olmasına ehtiyyac olduğunu bildirirlər. Çünki artıq dializin də bir köməyi olmayacaq. Sahilin vəziyyəti cox ciddi şəkildə pisdir. Həkimlərin bildirdiyinə görə Sahil təcili müalicə olunmalı və heç olmasa, böyrəyinin biri dəyişilməlidir. Çünki artıq böyrəklərinin ikisi də funksiyasını itirir və həyatı təhlükə qarşısındadır.
Lakin maddi sıxıntı və imkansızlıq onun davamlı müalicəsinin qarşısını alır. Böyrəkləri tamamilə sıradan çıxmaq üzrə olduğuna görə son aylarda ayaqları tutulub və yerimə qabiliyyətini itirmək üzrədir.
Transplantasiya əməliyyatı İran İslam Respublikasında aparılmalıdır. Bunun üçün külli miqdarda maliyyə vəsaiti tələb olunur. Ona görə bütün imkanlı şəxslərdən bacardıqları qədər, imkan daxilində yardımçı olmaları, bir ananın yalvarışlarına biganə qalmamaları xahiş olunur.
Ailənin ünvanı və digər əlaqə nömrələri də bizdə var, maraqlanan kəslərə məlumat çatdıra bilərik. Ailəni şəxsən ziyarət edə bilmələri üçün.
Sahilin atası Qəribov Elçin Nəsrəddin oğlu çox ağır zəhmət hesabına ailəsini dolandırır. Ana isə uşaq xəstə olduğundan heç bir yerdə işləmir. Ailənin digər övladının 6 yaşı var. O da nevroloji xəstədir. Və xəstəlikdən gözünün birində çəplik əmələ gəlib...
Sahilin vəziyyəti ilə bağlı Xəzət TV-nin verilişlərindən birində də çəkiliş aparılıb.
Məktubu bizə Qəribli Sahilin anası Qəribova Sədaqət Nəhməd qızı yazıb.
Ana öz əlaqə vasitələrini də qeyd edib.
050-545-74-75
055-494-53-54
Düzdür, Allah sevdiyi bəndəsini daima sınaqdan keçirir və onun şəfası Allahu-təəlanın əmrindədir. Bizlərdə bacardığımız qədər yardımçı olsaq ən azından vasitəçi olarıq. Elə isə, haqq olan dünyamıza (axirətimizə) xatir kömək edək...
Azərbaycan Respublikası Benəlxalq bankı “Nizami” filialı
Hesab sahibinin adı: Qəribli Sahil Elçin oğlu
Hesab Nömrəsi: 33801019442300722208
Hesabın açılma tarixi: 15/04/2009
Kod:805669
Vöen:9900001881
Swift:İBAZAZ2X
Şərhlər