*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*Bu ziyarətdən sonra yalnız bunu yaza bildim, üzrlü hesab edin.
Heç bilirsən bu gün nələr hiss etdim?!
Bu gün daşlaşdığımı, öldüyümü hiss etdim.
Bəzi sözləri özümüz yenidən "kəşf etmədikcə", onları hiss edə bilmirik. Bu gün "kahr olduğumu" hiss etdim. Sevinclərim, kədərlərim, qorxularım birləşdi. Sonunda hisslərimi basdırma bacarığıma şübhə etdim. Bu gün uşaqlaşdım, böyüdüm. Bu gün MƏN oldum. Bu gün ağlamadım. Bu gün içimdəki insan sevgisinə bir daha heyran oldum. Bu gün dostlarımı yenidən-yenidən sevdim. Bu gün xoşbəxt olduğuma əmin oldum. Həyatımdakı bütün qazanclarımla, itkilərimlə, tapıntılarımla, məğlubiyyətlərimlə birlikdə xoşbəxt olduğumu bir daha başa düşdüm. Bu gün hələ də ÖZÜM ola biləcəyimə inanmağa başladım. Hələ özümü tam itirməmişəmmiş. Xoşbəxtliyim üçün daha bir səbəb :))
Bu gün xoşbəxt oldum.
Başınızı yorub anlamağa çalışmayın. Bu gün bir az daha anlaşılmaz oldum :)
...Bu günü YAŞADIM...
P.S. Əti uşaq evi üçün nəzir demişdilər, Allah qəbul eləsin! Bir qismini kabab şəklində, qalanını isə ət şəklində uşaqlara çatdırdıq. Allah razı olsun!
Şərhlər