Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
№33 Xanım-xatın nənəmiz

№33 Xanım-xatın nənəmiz

№33 Xanım-xatın nənəmiz


Artıq xeyli müddətdir internetdə Xanım nənə barədə məlumatlar paylaşılırdı.
Biz də bir gün Xanım nənəni görməyə getdik. Nənə elə təsvir olunduğu kimi, əsl xanım-xatın nənədir.
İlk zəng edəndə "salam ay nənə, necəsən?" dedim, o da "çox sağ olun, qızım, siz necəsiz?" - dedi. SƏN-lə müraciət etdiyimə özüm özümdən utandım...

Bir az ərzaq aparmışdıq, nənə dedi ki, bu mənə hələ xeyli müddət bəsdir, daha ərzaq gətirməyin. Evində soyuducu da yoxdur, soruşduq nə istəyir ürəyin, dediklərinin hamısı aldıqlarımız arasında var idi (çünki istədiyi elə gündəlik istifadə üçün adi ərzaqlar idi, biz də elə almışdıq. Yəni qeyr-adi heç nə istəmirdi). Bircə təzyiqölçəni yox imiş, onu da sağ olsun, bir xanım bizə əvvəlcədən demişdi, almışdıq. Ərzaqdan çox buna sevindi nənə, çünki təzyiqini daim nəzarətdə saxlamaq lazımdır.
Əlavə 1-2 şey istədi (geyim və dərman baxımından), onu da istədi demək olmazdı, nənə əməlli-başlı utanır, az qalır güclə boynuna qoyaq ki "yoxe, bilirik geyimin yoxdur, nə istəyirsən gətirək sənə?"..

Nənənin ən çox istədiyi odur ki daim ona zəng edək, deyir gəlib-gedən olduqca ürəyim açılır bir az. Bir də istəyi odur ki, tezliklə qocalar evinə yerləşdirilə bilsin.
Allah hamıya kömək olsun. Nənə kövrəkdir, danışdıqca, biz də kövrəlməyimizi gizlədib,nənənin başını qatmağa çalışdıq ki, ağlamasın. AMma axırı yenə zəng edib ağlatdı bizi də, özü də ağladı ..

Nənənin əsas istəyi qocalar evinə düzəlməkdir, çünki aldığı 136 AZN təqaüdün 120 AZN-ini kirayə verir. Hələlik çalışıb nənəni ərzaq baxımından təmin edək. Qocalar evi məsələsini də həll etməyə çalışacağıq, Allahın iznilə..

Redaktə edildi: 06.07.2013
Bu gün daha iki qrup üzvümüz nənəmizi ziyarətə getdi. Bu dəfə nənə üçün bir az meyvə almışdıq. Əsas məqsəd nənəyə qarşı diqqətli olmaq idi, belə ki, nənənin maddi yardımdan çox, diqqətə ehtiyacı var..

Redaktə edildi: 26.07.2013
Bu dəfə nənəni ziyarət üçün yeni qrup üzvlərimizdən də gedənlər oldu. Nənəyə arzaq, dərman aparmışdıq, çox həssas nənədir, hər dəfə nədə edəndə sevindiyindən ağlayır.. və hər dəfə sağollaşanda yolumuzu gözləyəcəyini deyir.
Qiymətləndirmə:

Şərhlər

Müəllif: 1ik.Biz   25 fevral 2015 14:37  |  Qrup: Təşkilatçı
Sitat: Konul
Salam, zhmt olmasa bu barede melumat verin mene. nene indi hardadi??? Qocalar evinde yoxsa kiraye qaldigi yerde? Eger kirayededise unvan zhmt olmasa

Salam. Nənə qocalar evinə düzəldilib, daha sonra uyğunlaşa bilmədiyindən, çıxıb ordan. Hazırda kirayədə olmalıdır, bildiyimiz qədər.
Əlaqə üçün telefon nömrəsi verə bilərik. Nömrəni əldə etmək üçün 050 306 49 58 nömrəsi ilə əlaqə saxlayın.


--------------------

sitat        
Müəllif: Konul   11 fevral 2015 02:57  |  Qrup: İstifadəçi
Salam, zhmt olmasa bu barede melumat verin mene. nene indi hardadi??? Qocalar evinde yoxsa kiraye qaldigi yerde? Eger kirayededise unvan zhmt olmasa

sitat        
Müəllif: 1ik.Biz   8 noyabr 2013 00:41  |  Qrup: Təşkilatçı
Nənə səhhəti ilə əlaqədar olaraq, sənədlərin toplanması alınmayıb hələlik.
Biz isə bu arada nənənin qocalar evinə yerləşdirilməsi üçün çalışırıq. Hələlik tutarlı bir yenilik əldə edə bilməmişik.


--------------------

sitat        
Müəllif: 1ik.Biz   20 avqust 2013 00:56  |  Qrup: Təşkilatçı
ƏƏSMN bir neçə müraciətdən sonra qurumdan nümayəndə göndərildi və nənəmizlə tanışlıqdan sonra onun təminat şöxəsinə qeydiyyata alınması üçün lazm olan sənədlərin siyahısını özünə təqdim etdi. Bu həftə ərzində nənə sənədlərini toplamalıdır, İnşAllah!


--------------------

sitat        

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9