Bu dəfəki ziyarətimiz Xırdalan qəsəbəsinə oldu. Ailə nənə, ana və aşağı sinif şagirdi olan 1 qızdan ibarətdir. Uşaq hələ bir neçə günlük ikən atası qəza nəticəsində dünyasını dəyişib.
Ana gözəllik salonlarından birində təmizlik işləri ilə məşğuldur. Nənə isə evdədir. Ailənin yetərincə aztəminatlı olsa da, gələn qonaqları (biz) üçün süfrə açmışdı. Ailənin hər 3 üzvü çox mehriban, qonaqpərvər, istiqanlıdırlar.
Ailənin geyim, uşağın məktəb xərcləri barədə sıxıntıları göz qabağındadır.
Köməyimizə möhtac olanlardan, maddi çətinlik çəkənlərdən xəbər tutmaq, üzlərində təbəssümə səbəb olmaq vaxtı çatdı...
1 acı doydurmaq, 1 üşüyəni geydirmək, 1 ehtiyacı yox etmək üçün diqqətli olaq!
Ətrafınızda hər cür yardıma ehtiyacı olan ailələr barədə bizə məlumat verin, bacardığımız köməyi əsirgəməyək..
055 774 33 44 (Rüstəm)
[email protected]
Şərhlər