Bu dəfə ərzaq yardımı edilən ailələrdən biri ana ve 3 azyaşlı övladdan ibarətdir. Uşaqlardan böyüyünün 11, kiçiyinin isə 1 yaşı var. Ata 1 il əvvəl, qızı dünyaya gəldikdən 8 gün sonra dünyasını dəyişib.
Ana ixtisasca tibb bacısı olsa da, işləmir. Ailəyə qohum-tanış köməklik edir. Hələlik, ailənin ev əşyaları, geyim kimi ehtiyaclarının olduğunu demək olmaz, bəlkə ana işləsəydi, heç ərzaqa da ehtiyac olmazdı. İnşAllah ki, kiçik uşaq bir az böyüdükdən sonra ana işə duzələ bilsə, hər şey yoluna düşər. Biz də ailə ilə mütəmadi olaraq əlaqə saxlayıb, ehtiyacları ilə maraqlanacağıq.
Bu gün ikinci ərzaq yardımı edilən ailə isə yaşlı ata, əlil ana və 2 qızdan ibarətdir. Qızlardan birinin psixi pozuntusu var...
Ailənin tək ümidi məktəbli qızıdır, o da anasının dediyinə görə, hələlik ümidlərini doğruldur.. İnşAllah sonuna qədər belə olar.
Allah həm bu ailələrə, həm də onlara yardım edilməsində zərrə qədər də olsa əməyi olan hər kəsə kömək olsun!
Şərhlər