"Mən də oxumaq istəyirəm!" layihəsindən tanıdığımız, Şəkidə yaşayan 2 azyaşlı məktəblinin zəruri geyim ehtiyacları da ödəndi. Uşaqlardan birinin ümumiyyətlə nə ayaqqabı nə də kurtkası yox idi, digərinin isə yalnız ayaqqabıya ehtiyacı var idi.
Biz yalnız bir ailədə olduq. Ailə çox istiqanlı, mehriban idi. Balaca birotaqlı evdə baba və nənə ilə birlikdə övladları və övladlarının ailəsi - 9 nəfər yaşayırlar. Ailədəbaba, nənə və oğul işləyir, qız isə natamam ali təhsilli mühasibdir (texnikum təhsilli) və iş axtarışındadır..
Ailənin ərzaq baxımından qıtlıq çəkdiyini demək olmazdı, çox şükür. Lakin geyim baxımından ehtiyaclarının olduğu hiss olunurdu. Ailədə 3 azyaşlı uşaq var idi, onlardan böyüyü "bizim qız" idi, 2-ci sinif şagirdidir. Dərslərini də yaxşı oxuyur, xeyli sorğu-sual etdik. Və ləvazimat yardımını davam etdirmək qərarına gəldik.
Müəyyən vaxtlarda geyim yardımı da edə bilərik, məsələn, dərs ilinin əvvəlində..
Digər şagirdimiz də bu uşaqla sinif yoldaşıdırlar, sorğu-sual etdik, dərslərə qarşı o qədər də məsuliyyətli olduğunu demək olmaz.. Bu ailəyə məktəb ləvazimatları ilə bağlı yardımı dayandırmaq qərarına gəldik...
Şərhlər