Bu dəfə yardım nəzərdə tutulan ailə bir ana və oğul övladından ibarətdir. Təsadüfdən bu uşaq da 6-cı sinfə gedir və buna da iş dəftəri lazım deyil.
Amma buna geyim və ayaqqabı lazımdır.. Geyim deyəndə, forma. Formanın qiyməti keçən il 40 AZN idi, bu il 50 də eşitmişəm, bilmirəm nə dərəcədə düzgün məlumatdır.
Ailə bir bağın həyətində kirayə qalır, Suraxanı rayonunda. Kirayə qaldıqları yerə bilmirəm nə dərəcədə ev demək olar, hər halda elə də yaxşı halda deyil. Ailənin başçısı (ata) 1 il 3 ay əvvəl vəfat edib. Ailə kirayə haqqı olaraq atanın sağlığında 50 AZN verirmiş, indi 30 verir. Ana işləmir, qonşuluqdakı mağazadan pal-paltar götürüb satır, nə qalırsa qalır özünə.
Ailənin rayonda qohumları var (səhv eləmirəmsə Nefçala dedilər), hərdən ərzaq filan göndərirlər ailəyə. Bu ailə üçün bir nəfər tezliklə az da olsa ərzaq yardımı etmək istədiyini dedi.
Redaktə edildi: 08.09.2011Bu məktəb bazarlığından qayıdarkən uşağın sevinci (Həmişəki kimi, gözlər bağlanıb).
Formanı ana özü almışdı. Dedi 55 AZNə veriblər, məktəbdən. Dedi nisyə götürmüşəm, şəxsiyyət vəsiqəsini verib nisyə götürmək olurmuş. Sonra imkan olduqca verəcək pulu.
Dəftər-qələm və s.. 15.3 manat.
Məktəbli çantası 12 manat, ayaqqabı 20 manat.
Ərzağın qiymətini bilmədik.
Məktəb bazarlığından sonra ailənin kirayə qaldığı "evi" də çəkib sizlərə təqdim etmək qərarına gəldik.
Sonda ümumiləşdirərək, onu qeyd edək ki, ayaqqabını bir nəfər alıb, ərzağı isə başqa bir nəfər. Biz yalnız dəftər-qələm və çantaya pul vermişik.
Redaktə edildi: Sentyabr 2011Şagirdə ləvazimatlar alınarkən test kitabları alınmamışdı, məktəb başladıqdan sonra bunlar və bir az ərzaq alınaraq, ailəni yenidən izyarət etdik. Artıq şagirdimizin ləvazimatları tamamdır.
İnşAllah, şagird də doğruldar ümidləri.
Allah bütün əl tutanlara kömək olsun!
Şərhlər