Ailə haqqında təxminən 1 ay əvvəl məlumat vermişdik. "1 ehtiyacı yox etmək üçün diqqətli olaq!" aksiyası çərçivəsində ilk ziyarətimiz də məhz bu ailəyə oldu. Ailənin daha çox geyim və ərzaq yardımına ehtiyacı olduğunu artıq bilirdik.
Odur ki, yardımsevər insanların köməkliyi ilə ailə üçün münasib geyimlər toplandı, ərzaqları da alıb ailəni ziyarətə getdik.
Ziyarətimizlə ailəyə az-çox yardım etməklə yanaşı, həm də müayinə sənədlərini götürmək istədik. Müayinə sənədini artıq Ukraynaya göndərmişdilər. Müalicə orada davam edəcək. Müalicə üçün 6 il ərzində, ildə bir dəfə Ukraynaya getmək lazım olacaq. Ürək əməliyyatından sonra uşağa ildə bir dəfə qan köçürülməsi lazımdır ki, hər qanköçürmə də ailəyə 3.500 AZN-ə başa gələcəkmiş. Allahın köməkliyi ilə yardım etmək istəyənlərə vasitəçi olmaq nəsibimiz olar, İnşAllah!
Sənədi Ukraynaya göndərməzdən əvvəl şəklini çəkib bizim üçün saxlamışdılar, biz də həmin sənədi ərzaq və geyim yardımı hesabatı ilə birlikdə sizə təqdim edirik.
Evdə nə əşya gördüksə, evin xanımı demək olar hamısının xeyriyyə qrupları, yardımsevər insanlar tərəfindən verildiyini dedi.

055 774 33 44 Rüstəm
[email protected]
FaceBook Group
Əlaqə vasitələri haqda ətraflı
Şərhlər