Bu günlərdə 2 aiəni ziyarət etdik.
Birinciyə ailə demək olmaz. Əksəriyyətinizin tanıdığı Xanım nənəyə (N33) baş çəkdik. Lazım olan dərmanlarını və ərzaq aparmışdıq. Hər kəsə çoxlu dua elədi. Halallıq istədi. Təminat şöbəsinə qeydiyyata düşmək üçün ərizə yazmaq istəyirdi. Yazdı və çatdırmağı öz üzərimizə götürdük. Qocalar evinə yerləşdirilməsini istəyir. Bunun üçün də lazımi yerlərə müraciət etməyə çalışırıq. Tək olduğuna görə çox darıxır. Bizi buraxmaq istəmirdi.
İkinci ailə qurban əti çatdırdığımız ailələrdən biri idi (N28). Evdə 5 azyaşlı uşaq var. Ərzaq və meyvə aparmışdıq. Uşaqlar çox sevindilər. Ana çoxlu dua etdi. Xatırladaq ki, evin ən balaca uşağının ürəyində qüsur var. Bir dəfə əməliyyat olunub. İkinci dəfə yenə olunmalıdır.
Bütün yardım edənlərin Allah köməyi olsun. Rəbbim canınızı sağ, cibinizi dolu etsin. Amin!
P.S. NZS-in uşaqlarını da xeyli işlətdik. Toylarında işləməyi söz verdik :-)
Şərhlər