Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
21 yaş hələ çox tezdir

21 yaş hələ çox tezdir

21 yaş hələ çox tezdir

21 yaş hələ çox tezdir

21 yaş hələ çox tezdir

21 yaş hələ çox tezdir


Zeynalova Nərgiz İlqar qızı 11 yaşından 1ci tip şəkərli və şəkərsiz diabet, polineyropatiya-görmə sinirinin atrofiyası, diabetik nefropatiya, bunlardan əlavə 2013cü ildən isə ağır pnevmoniyadan əziyyət çəkir. 05.11.2013 tarixindən etibarən ATU-nun Tədris Terapevtik Klinikasında reanimasiya şöbəsində yatır. Əvvəllər 4 və 6 saylı şəhər xəstəxanalarında, həmçinin Ə.Qarayev adına uşaq xəstəxanasında müalicə alsa da vəziyyətinin get-gedə pisləşməsi səbəbi ilə bu klinikaya köçürülmək məcburiyyətində qalıb. Lakin özəl xəstəxananın xərclərini ödəməyə ailəsinin maddi durumu imkan vermir. Belə ki ailənin tək övladı və tənha ana üçün bunun nə dərəcədə çətin olduğunu izah etməyə hər halda ehtiyac yoxdur. Bugünə qədər klinikaya olan borc 2000 manatı keçib, üstəlik gündəlik dərmanların məbləği orta hesabla 150Azn-dir. Vəziyyətinin nə vaxt yaxşılacağı, xəstəxanadan nə vaxt çıxacağı isə bəlli deyil və borc gündən günə artır. Gəlin birlikdə bu gəncimizi xilas edək, belə çarəsizliklə hər birimiz üzləşə bilərik. Yardım etmək istəyib uzaqda olanlar və gücü çatmayanların edə biləcəyi kömək eventi paylaşmaqdır.

Əlaqə vasitələrimiz:
050 306 49 58
SenDeQoshul@1ik.Biz
Yardımlarınızı birbaşa Nərgizin anası ilə də görüşüb çatdıra bilərsiniz:
055 732 06 60 Pikə xanım
Bank hesabı:
Zeynalova Pikə Şamil qızı
AZ92UBAZ13155887041010AZN001
UNİBANK CB


Redaktə edildi: 21.11.2013
Tibb Universiteti tələbələri üçün əlavə qeyd:
Latın dili korpusundakı bufetdə sabahdan (22.11.2013) ianə toplama aksiyası başlayacaq. Bufetdə qoyulacaq şəffaf qutu vasitəsilə yardımlarınızı çatdıra bilərsiniz.

Redaktə edildi: 22.11.2013
Bu gün yardım qutumuza bir neçə saat ərzində 180manat ianə daxil oldu. Nərgizi MRT müayinə etdik və bugünlük dərmanların müəyyən bir hissəsini çətinliklə də olsa aldıq. Bizi bu işdə yalnız buraxmadığınız üçün təşəkkürlər. Kampaniya davam edir. Daha çox məbləğə ehtiyac var və bizə sizə güvənirik. Yardımlarınız hər gün hər yerdə qəbul olunur. Bizimlə əlaqə saxlayın. Diqqətinizə görə çoxsağolun.

Redaktə edildi: 25.11.2013
Bugün də ianə toplanmasında iştirak edən hər kəsə təşəkkürlər. Hələlik ki ancaq gündəlik dərman pulunu toplaya bilirik. Əsas böyük məbləğ olan xəstəxana xərclərini ödəmək üçünsə daha çox dəstəyə ehtiyac var. Bizi bu işdə yalnız qoymayın, tezliklə lazım olan məbləği toplayıb yekunlaşdıraq inşallah.

Redaktə edildi: 01.12.2013
Dostlar, bu səhər sizə sevindirici bir xəbər vermək istəyirik. Nərgizin 3800manatlıq reanimasiya xərcləri klinika tərəfindən 1620manata endirilib. Bu çox böyük köməkdir. İndi bizə 1620manatı toplamaq və bir neçə günlük dərmanlarını almaq qalır. Elə də böyük məbləğ deyil. Hər kəs azacıq kömək etsə qızı xilas etmiş olacağıq. Yardımlarınızı istənilən formada bizə çatdıra bilərsiniz, yetər ki istəyin.
Bu gün axşam məlumat verildi ki, Nərgizin yaxın qohumu 1620 manatın 220 manatını ödəyib. Bizə qaldı 1400 manatı toplamaq, İnşAllah!

Redaktə edildi: 19.12.2013
NƏHAYƏT!!!
Yardım aksiyasını bağlı elan edirik. Xəstəxanaya olan 1400manat borc ANS telekanalına olan müraciət nəticəsində ödənildi. Nərgiz nəhayət bugün ( 19 dekabr) evə yazılacaq və xəstəxananı tərk edəcək. Səhhətində qalan bəzi xırda problemlərin müalicəsi isə evdə davam etdiriləcək. Əməyi keçən, dəstək olan hər kəsə təşəkkürlər. Bir daha mümkünsüz heç nəyin olmadığını, birlikdə olarsaq hər şeyin mümkün ola biləciyini isbatladıq. Yeni işlərdə yenidən görüşmək ümidi ilə :-)

Xatırladaq ki, ümumilikdə aksiya zamanı 2500 AZN-ə yaxın ianə toplandı. Bir daha hər kəsə təşəkkürlər!
Qiymətləndirmə:

Şərhlər

Müəllif: Pasni   8 oktyabr 2015 10:07  |  Qrup: İstifadəçi
This is both street smart and ingeelitlnt.

sitat        

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9