Məşədiyeva Xatirə xanımın 49 yaşı var. Uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik hər bir insanda öz mənfi təsirini qoyduğu kimi, bu anamızda da çox ağır izlər qoyub. Keçən il Xatirə ananın hər iki ayağı qanqren olub. Həkimlərin səyi nəticəsində ayağının birini xilas etsələr də sağ ayağını diz nahiyəsindən kəsiblər. Lakin o, yenə həyata şükür edir. Bir ayağını itirən ana bir neçə aydan sonra hər iki gözünün nurunu itirib və işıqlı dünyaya həsrət qalıb. Anamız uzun illərdir xəstəlikdən əziyyət çəkir. Həyat yoldaşı 9 il bundan qabaq anamızı tərk edərək başqa birisi ilə ailə həyatı qurub. İndi bu ana himayəsində 14 yaşlı qızı ilə qalıb. Təsəvvür edirsinizmi, ana və 14 yaşlı qızı. Azyaşlı Fatimə anasına baxmaq üçün məktəbə də getmir. Xatirə anaya dövlət heç bir yardım etmir. Sadəcə sadiq qonşular... Pirallahı qəsəbəsində məskunlaşan bu iki nəfərlik ailə çox ümidsiz halda yaşayırlar. Hər gün ağlayan ana, sadəcə, qızı üçün çox narahatdır. Bir ana kimi...
Bir insan kimi bu sözləri yazmağı özümə borc bildim. Artıq bəsdir şanlanıb şöhrətləndik. Artıq bəsdir dalaşıb bir birimizi diddik. Artıq bəsdir din donunda gizləndik. Bütün qeyrətli qardaşlara və imanlı bacılara üzümüzü tutaraq ailə üçün yardım kampaniyasına başlayırıq. Anamızın göz əməliyyatını artıb boynuna götürən həkimlər var. Ümumi lazım olan məbləğ 3000 AZN-dir. Mən bilirəm, xeyli əl tutmaq istəyən insanlar var və hər kəsin 1 manatı görün necə ümidlidir. Bilirsinizmi insana nur vermək nə deməkdir?
Hər birinizi bu mötəbər işə dəvət edirəm. Həftədə bir dəfə biz bu ailəni ziyarət edəcəyik. Həm ərzaq təminatı, həm geyim, həm də bütün xəstəxana xərcləri üçün çox böyük dəstəyə ehtiyac var. Əgər bu sözlərdən sonra kiminsə içində bir titrəmə oldusa, o zaman müraciət etsin.
Heç olmasa Allah üçün. Və kimin imkanı çatır bu elanı hər kəsə göndərsin. Sizlərdən çox xahiş edirik, oxuyub keçməyin. Həqiqətən, acınacaqlı durumdur.
Sonda əlaqə vasitələri olaraq müraciət edin
Qardaşlar
(055) 485 53 18
(055) 733 54 39
(070) 923 87 30 (Məşhədi Ramin)
Xanımlarımız
(050) 644 07 67 (Zeynəb xanım)
Şərhlər