Ailədə ata yoxdur (atıb gedib), ana xadimə işləyir. 3 övlad var, onlardan 2-si məktəblidir. Biri 2-ci sinifdə oxuyur, oğlandır. O biri isə 3-cü sinifdə oxuyur, qızdır.
Uşaqların nə formaları nə də ləvazimatları var.
Ailə barədə məlumatı verən şəxs özü 2-ci sinifdəki oğlan üçün iş dəftərlərini alıb.
Qalıb bu iki uşağa forma, 3-cü sinif iş dəftərləri və digər ləvazimatlar.
Əl uzatmaq istəyən varsa, həftənin 2-ci gününə kimi vaxt var..
İnşAllah, noyabr ayının 16-sı bu yardımı da yekunlaşdırmağa çalışacağıq.
Əlaqə: 070 209 92 82 (Rüstəm)
Redaktə edildi: 23.11.2011
Nəhayət ki, ziyarətimiz baş tutdu. Ailə ilə bu gün, səhər 11-də məktəbli formalarının satıldığı məktəblərdən birinin həyətində görüşdük.
2-ci sinifdə oxuyan oğlan üçün iş dəftərlərini həin məktəbin müəllimələrindən biri alıb vermişdi. Elə həmin müəllimə bizə ailə barəsində məlumat vermişdi. Ailə ilə əlaqə saxlamağımıza, görüşməyimizə və bu işə də vəsilə olmağımıza birbaşa köməklik etdi. Özü də istər maddi baxımdan, istərsə də, elə əməli baxımdan çox köməklik elədi.
Onu deyim ki, bu ailə barədə məlumat almağımıza həmin məktəbin direktou da yaxından köməklik etmişdi, Allah hər birindən razı olsun!
3-cü sinifdə oxuyan qız üçün ləvazimatları da alıb aparmışdıq. Formanı da həmin məktəbdən aldıq.
Şəkilləri elə çəkildiyi ardıcıllıqla yerləşdirmək qərarına gəldik.
Formanı almaq üçün gözlədiyimiz 1 saatdan çox müddətdə ana ilə ümumi söhbət etməklə, ailə vəziyyətləri barədə bir az da məlumatlandıq. Ata ailəni atıb gedib əvvəlki xanımının yanına. Ailə hazırda ana və 3 övladdan ibarətdir. Böyük qız (10-11) yaşlarında) xəstəlik keçirdiyinə görə bir müddət məktəbdən uzaq düşüb, sonralar isə sənədlərində problemi olduğundan, məktəbə qayıda bilməyib..
Oğul dəcəl və dərs oxumaqdan çox uzaq uşaq olduğuna görə, anası oğlunu internat məktəbə vermək istəyir.
Ən azından yeməyi ordan olar...
Ana özü bronxial-astma xəstəliyi olduğundan hər işdə işləyə bilmir. Dediyinə görə "sezon" vaxtı əkin-biçin işinə gedirmiş. Hazırda işsizdir qadın.
Savadı yoxdur, yazı-pozu da bilmir.
Sosial yardım almamasının səbəblərini soruşanda, sənədləri düzəldə bilmədim dedi.
Hazırda oğlan övladın internat-məktəbə düzəldilməsi və sosial yardımla bağlı sənəd işlərilə maraqlanmağa çalışırıq. İnşAllah ki, alınar..
Ailə ilə bağlı məlumat almaqda köməklik etdiyinə görə uşaqların təhsil aldığı Xəzər rayonu 218 saylı orta məktəbin direktoru Əliyeva Natəvan xanıma və məlumat toplamaqla yanaşı böyük maddi dəstəyinə görə həmin məktəbin müəlliməsi Kərimova Talehə müəlliməyə dərin təşəkkürlər! Allah bütün yaxşı əməllərinizi qarşınıza çıxarsın!
Şərhlər