Mənim oglum – Xalid Qurbanzadə 4,5 yaşdadır. O eşitmir və eşitmədiyinə görə də danışa bilmir. Hal-hazırda hər iki qulağına eşitmə aparatı taxır. Lakin 3 ilə yaxındır ki, aparat taxmağına baxmayaraq elə bir irəliləyiş yoxdur. Çünki eşitməsi ən ağır dərəcəli – IV dərəcəlidir. Belə ağır dərəcəli eşitmə problemi olanlar üçün ən optimal üsul koxlear implantasiya əməliyyatıdır. Əməliyyatla belə uşaqlar adi insanlar kimi eşidir və loqopedlə məşğul olduqdan sonra danışmağı da öyrənirlər. Həkimlərin sözlərinə görə koxlear implantasiya olunmazdan əvvəl heç olmasa 6 ay eşitmə aparatı taxmaq zəruridir. Xalid isə nəinki 6 ay, artıq 3 ildir ki aparat taxır. Mən II qrup Qarabağ əliliyəm (vəsiqəm), uşağın qulağını əməliyyat etdirməyə imkanımız yoxdur, əminəm ki heç vaxt da olmayacaq. Ümıdımız yalnız xeyirxah insanlaradır.
Əvvəllər koxlear implantasiya əməliyyatı etdirmək istəyənlər yalnız xarici ölkələrə getməli idilər. İndi isə bu əməliyyatı Azərbaycanda da həyata keçirməyə başlayıblar. Cochlear firmasının implantantından istifadə etməklə aparılacaq əməliyyata 28 min avro (30 800 manat) vəsait tələb olunur. Bu əməliyyat mənim oğlum kimi uşaqların son ümid yeridir. Mən Qarabağ uğrunda gedən döyüşlərdə Vətən yolunda sağlamlığımı itirmişəm, əliləm. Tale elə gətirdi ki, övladım da əlil oldu. Sizlərdən çox xahiş edirəm, gənc bir ailədə iki əlilin olmasını nəzərə alaraq oğlumun əməliyyat olunmasına imkanınız çatandan maddi köməklik göstərəsiniz. İnsanlıq xatirinə son ümid yerimizi itirməyə qoymayın, oğlumun bizim səsimizi eşitməsinə köməklik edin.
Pulun koçürülməsi üçün bank rekvizitləri. Hesab yoldaşımın adınadır.
Kapital bank
2 saylı Sabunçu filialı
QURBANOVA GÜLƏR QƏZƏNFƏR qızı
Bank hesabı: 38010019442100026121
KOD: 200219
VÖEN: 9900003611
Müxbir/hesab: 0137010001944
S.W.I.F.T.BIK:AIIBAZ2X
Əlaqə saxlamaq istəyənlər mənə – Qurbanov Şamil (050) 397-08-75 nömrəsinə zəng edə bilərlər.
E-mail: [email protected]
2 saylı Sabunçu filialı
QURBANOVA GÜLƏR QƏZƏNFƏR qızı
Bank hesabı: 38010019442100026121
KOD: 200219
VÖEN: 9900003611
Müxbir/hesab: 0137010001944
S.W.I.F.T.BIK:AIIBAZ2X
Əlaqə saxlamaq istəyənlər mənə – Qurbanov Şamil (050) 397-08-75 nömrəsinə zəng edə bilərlər.
E-mail: [email protected]
Kömək etməyə imkanı çatanın da, çatmayanın da Allah yardımçısı olsun. Allah verən əlinizi kəsməsin.
Xalidin BERA testinin və Timpanometriyanın nəticələri:
GƏLİN KÖMƏYİMİZİ ƏSİRGƏMƏYƏK BU GÜL BALADAN!
GƏLİN KÖMƏYİMİZİ ƏSİRGƏMƏYƏK BU GÜL BALADAN!
Şərhlər