Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
Gəlin, fiziki cəhətdən qüsurlu uşaqlarımızı qoruyaq!
  • Baxış sayı: 5856
  • Şərhlər: 42
  • Müəllif: Milaska89
  • Tarix: 2-05-2012, 20:54
  • Bölmə: Digər
  • Açar sözlər:

Gəlin, fiziki cəhətdən qüsurlu uşaqlarımızı qoruyaq!

Fiziki qüsurlu uşaqlar adi uşaqların edə bildiyinin çoxunu bacarmır. Eyni zamanda onların qəlblərinin genişliyinə, yaşamaq arzusuna, sevmək bacarığına bir çoxlarımız qibtə edə bilərk. Bəlkə də onlar bizim bilmədiklərimizi bilirlər. Buna baxmayaraq, cəmiyyətimiz onlar barədə geniş məlumata malik deyil. Hətta əlil uşaqlara yardım əli uzatmaq istəyəndə belə “Allah bizdən uzaq eləsin” fikirləşib, maddi köməkliklə kifayətlənirik. Onların isə mənəvi dəstəyimizə böyük ehtiyacı var. Bu körpələrin problemilərini isə yalnız onlarla məşğul olan insanlar bilirlər.Bu dəfə qonağı olduğumuz məkan Azərbaycana Birgə Yardım Təşkilatının fiziki qüsurlu uşaqlar üçün təşkil etdiyi reabilitasiya mərkəzi oldu. Burada əqli və fiziki qüsurlu uşaqların müalicəsi, hər bir uşağa fərdi şəkildə yönəlmiş peşə təhsili, eləcə də fiziki qüsurlu uşaqların xüsusi bacarıq və istedadının ortaya çıxarılması istiqamətində xüsusi təlim metodları təşkil edilir.
Fiziki qüsurlu uşaqlara ölkəmizdə yardım edən UAFA təşkilatının ölkə üzrə direktoru Qven Börçel deyir ki, artıq 10 ilə yaxındır ki, ölkəmizdə 3 icma tipli reabilitasiya və ailə dəstək mərkəzləri fəaliyət göstərir. Mərkəz digər 15 yerli icma mərkəzləri, QHT və Dövlət xidmət təminatçıları ilə əməkdaşlıq edərək ölkədə fiziki qusurlu uşaqlara xidmət keyfiyyətlərinin yüksəlməsinə nail olmağa çalışırlar: “Bu tip icma mərkəzləri əsasən Bakı, Gəncə və Xaçmazda 3000-dən çox əlliliyi olan uşağı əhatə edir. UAFA-nın əsas diqqəti uşaqlar, səhiyyə və təhsilə yönəltməklə, Azərbaycanda social həyatın uzun müddətli inkişafına yardım göstərmək missiyasını öz üzərinə götürərək 1998-ci ildə yaradılmışdır. Əməkdaşlarımızın əksəriyyəti təşkilatın fəaliyyətinə könüllü olaraq qatılıb, əlilliyi olan uşaqlara burada pulsuz xidmət göstərirlər”.
Mərkəzin təşkil edilməsində əsas məqsədlərdən birinin də fiziki qüsurlu uşaqların internatlara atılmasının qarşısının alınması olduğunu deyən direktor valideyinlərə öz övladlarının bu tip mərkəzlərə gətirməklə onların cəmiyyətə inteqrasiyasını təmin etmələrinin vacib olduğunu deyir. Çünki mərkəzdə fiziki və əqli qüsurlu uşaqların təlim tərbiyyəsi və inkişaf etdirilməsi istiqamətində müəyyən mütəxəssislər fəaliyyət göstərir. Hər bir məşğələdə uşaqların psixoloji durumunu, onların nitq və fiziki qabiliyyətlərini inkişaf etdirmək yönümündə ayrı-ayrı müəllimlər təlimlər keçir. Bunun da nəticəsində artıq bir neçə ay əvvəl mərkəzə gələn uşaqların həm rəqs, həm də rəsm məşğələlərində fəaliyyətləri birə beş artıb. Uzun illərdir mərkəzin valideyin birliyinin sədri, eləcə də rəsm müəllimi işləyən Zəhra Xələfova deyir ki, hazırda mərkəzdə təlim alan uşaqların əksəriyyəti xüsusi istedad və qabiliyyətə malik olan uşaqlardır. Onlar çəkdikləri rəsm əsərləri ilə bir sıra sərgilərə qatılaraq öz istedadlarını nümayiş etdirirlər. Hətta bir neçə ay öncə Yaponiyada keçirilən rəsim sərgisində mərkəzdə təhsil alan uşaqlardan biri uğurla iştirak edərək xüsusi diploma da layiq görülüb: “Bizim valideyinlərə birinci növbədə məsləhətimiz odur ki, onlar uşaqlarını evlərində saxlamasınlar. Çünki bir uşaq nə qədər cəmiyyətdə olarsa o qədər də onun fiziki fəaliyyəti artmış olar”.Biz mərkəzə çatanda tikiş dərsi artıq bitmək ərəfəsində idi. Təminən 20 uşağın iştirak etdiyi peşə dərsində uşaqlara tikiş tikmək, xüsusilə də onların öz ehtiyaclarını təmin etmək bacarığı aşılanırdı. Gülnarə Yaralıyeva adlı bu balaca qızcığaz artıq 2 ildir ki, taleyini bu mərkəzlə bağlayıb. Burada öyrəndikləri isə heç də az olmayıb. Əvvəl adi iynə belə tuta bilməyən bu balaca sakin indi böyüklər kimi əməlli başlı paltar tikməyi öyrənib. Balaca Gülnarə deyir ki, ilk dəfə tikiş tikəndə xırda əşyaları belə tikə bilmirdi. Lakin indi o özünə lazım olan bütün əşyaları tikə bilir: “Müəllimlərim mənə öyrədir. Bir dəfə göstərirlər mən də onların dediyini başa düşüb götürürəm. İndi özümcün yastıq üzü tikirəm. Bundan əvvəl önlük tikmişdim. İndi istəyirəm ki, dostlarımada lazımlı paltarlar tikəm”.
Elə ki, uşaqlar rəsm dərsinə başladı, burada bir canlanma yarandı ki, gəl görəsən. Hər kəs düşündüyünü ağ kağız parçasının üzərinə köçürməklə məşğul idi. Balaca Günayda hər dəfə rəsm tablosunun qarşısına keçəndə həyatında baş verənləri unudaraq özünü rəsmlərinə kökləyir. Həyatda ən böyük arusu gələcəkdə çəkdiyi rəsimlərindən ibarət fərdi sərgisinin keçirilməsini reallaşdırmaqdır: "Rəsm çəkmək istəyi mənim içimdən gəlir. Mən daha çox təbiət təsvirləri çəkirəm. Çünki təbiəti çox sevirəm. Daha çox yaşıl rəngə üstünlük verirəm, axı təbiət də yaşıldır”.

Mərkəzin baş psixoloqu Tünzalə Verdiyeva isə deyir ki, bura gələn hər bir uşaqa əvvəlcə psixoloji yardım göstərilir. Daha sonra onların fiziki qabiliyyətləri və xüsusi istedadları yoxlanılır. Bu zaman onlar müxtəlif qruplara yazaraq hər bir uşaqla fərdi məşğələlər keçirilir: “Biz əvvəlcə uşaqları testlərlə fiziki qabiliyyətlərini yoxlayırıq. Biz hər bir uşaq üçün onların psixoloji pasportunu hazırlayırıq. Hər bir uşağın temprament tipi aydın olandan sonra onunla fərdi məşğul oluruq. Təzə gələndə uşaqların özünə inamı aşağı səviyyədə olur. Biz bu məşğələlərlə onların özünə inamını qaytarırıq. Hər hansı ailədə əgər fiziki qüsurlu uşaq varsa o zaman onun özü ilə bərabər valideyininin də psixoloji yardıma ehtiyacı var”.
Hər halda qısa zaman kəsiyində biz də günümüzün bir hissəsini bu uşaqlarla keçirdik. Onların istedadı və xüsusi bacarığı qarşısında gəldiyimiz qənaət isə bir mənalı oldu. Hər kəs vətəndaş olaraq bu uşaqlara kömək etməklə onların cəmiyyətə inteqrasiya olunmasına yardım etsə, o zaman ilk olaraq vətəndaşlıq borcunu yerinə yetirmiş olar. Axı, onlar da bizlərdən biridir.
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9