Aprelin 27-də Azərbaycana Birgə Yardım Təşkilatı (United Aid for Azerbaijan - UAFA), Bakcell şirkətinin dəstəyi ilə Gəncə Təhsil İdarəsinin 45 saylı yardımçı məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqların “Mən də varam “adlı idman yarışını keçirib.
Bu idman yarışında 2 komanda halında yarışan uşaqlar həmçinin fasilələrdə fərdi surətdə idman hərəkətləri göstərib, şer söyləyib , rəqs ediblər. Onları Gəncə İncəsənət məktəbinin musiqi kollektivi müşaiət edib.
Bu idman yarışı Bakcell-in Korporativ Sosial Proqamının dəstəyi ilə UAFA tətəfindən həyata keçirilən “Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması” layihəsinin komponentlərindən biridir. Layihə çərçivəsində ünsiyyət problemli uşaqlara rəsm, eyni zamanda rəqs, foto, tikiş, idman dərsləri keçilir, onlara öz fikir və təxəyyüllərini bu yolla ifadə etmək imkanı verilir.
Artıq iki ildir ki, bu dərnəklərə qatılan uşaqların ünsiyyət bacarıqlarında ciddi inkişaf nəzərə çarpır. İdman dərsləri həm qrup, həm də fərdi məşğələlərlə keçirilir.
Dərnəklərə qatılan uşaqlar indiyə kimi bir neçə respublika səviyyəli müsabiqələrin qalibi olublar.
Layihənin fəaliyyətində yaxından iştirak edən Valideyn Birliyi üzvlərə dəstək olur.
Artıq Ailə Dəstək Mərkəzinin xidmətlərindən istifadə edən hər bir xüsusi qayğıya ehtiyaclı uşağın qabiliyyətləri üzə çıxarılır.
Şərhlər