Bu dəfə sevindirmək istədiyimiz ailə Bakı şəhəri Buzovna qəsəbəsində yaşayır. Ailə yalnız gündəlik çörəkpulunu qazanmağa qadir bir ailədir. Biz isə ailənin 2 kiçik övladını yeni ildə sevindirmək istədik.
Odur ki, bir küknar (yolka), bəzək-düzəyi və uşaqlar üçün yeni il hədiyyələri alıb, ailəni ziyarətə getdik.
Uşaqlar utandıqlarından heç yaxına da gəlmədilər, özümüz bəzəməli olduq...
Ev çox soyuq idi, baxmayraq ki, evin yaxınlığından qaz xətti keçir, xətti qonşular yığışıb çəkdiriblər. İndi ailənin o xəttən evinə qaz çəkməsinə icazə vermək üçün qonşular ailədən 300 AZN pul istəyir.
Bu mövzu ilə bağlı maraqlanmağa çalışacağıq.Redaktə edildi: Fevral 2013Ailə ilə davamlı olaraq əlaqə saxlayıb qaz problemlərinin həlli üçün qaz idarəsinə məktub ünvanlanmışdıq, məktubla əlaqədar, bu günlərdə ailə ilə əlaqə saxlanılıb, tezliklə problemlərinin həll olunacağı bildirilib.
Redaktə edildi: Sentyabr 2013Bu günlərdə ailə ilə əlaqə saxladığmızda ailə sevincək halda bildirdi ki, yaşadıqları ərazidəki bütün evlər qaz xətti ilə təmin olunur.
Redaktə edildi: Oktyabr 2013Bu dəfəki əlaqəmizdə ailənin xanımı bildirdi ki, artıq qaz problemləri həll olunub, çox şükür!
Şərhlər