Bu gün Novruz bayramı münasibətilə başladığımız sovqat aksiyası yekunlaşdı.
Aksiya ərzində 14 ailəyə bayramlıq sovqat aparıldı. Bayramlığımız xonçalıq şirniyyatlar, qoz-fındıq, yumurta və bayram axşamı bişirilməsi üçün düyü, yağ və bir nəfərin verdiyi qurbanlıq ət payından ibarət idi.
Əlavə olaraq, bu 14 ailənin içərisində ən çox ehtiyacı olan 4 ailəyə gündəlik istifadə üçün də ərzaq alındı.
Ərzaqların ailələrə çatdırılması bizdən asılı olmayan səbəblərdən 3 gün davam etdi. Sonuncu sovqatları 19 mart tarixində sahiblərinə çatdıra bildik.
Bu aksiya ərzində gözləmədiyimiz insanlardan gözləmədiyimiz dəstəkləri gördük, Allah razı olsun hər kəsdən!
İstər maddi baxımdan, istər şirniyyat baxımından, istər ərzaqların alınması, ailələrə çatdırılması baxımından hər cür zəhməti olan hər kəsin Allah köməyi olsun!
Şərhlər