Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
Uşaq evlərində yaşı 18-ə çatmış yeniyetmələr taleyin hökmünə buraxılır
  • Baxış sayı: 3783
  • Şərhlər: 0
  • Müəllif: Milaska89
  • Tarix: 5-06-2011, 13:53
  • Bölmə: Digər
  • Açar sözlər:

Uşaq evlərində yaşı 18-ə çatmış yeniyetmələr taleyin hökmünə buraxılır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanda uşaqların atılmasının əsas səbəbi əlillik, ailələrin dağılması və yoxsulluq müəyyən edilib.
Ötən illərlə müqayisədə uşaq evləri və internatlarda daimi yaşayan uşaqların sayı 1,2 min nəfər azalıb. Bundan əlavə, Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli Fərmanı ilə "2006-2011-ci illərdə uşaqların ailələrə verilməsi və alternativ qayğıya dair Dövlət Proqramı" qəbul edilib. Deinstitutlaşdırma proqramı adlanan bu sənəd 2015-ci ilə qədər Azərbaycanda uşaq müəssisələrinin maksimum azaldılmasını, valideyndən məhrum uşaqların alternativ qayğı ilə təmin olunmasını, onların ailələrə verilməsini nəzərdə tutur. Proqramın həyata keçirilməsində Təhsil, Səhiyyə, Əmək və Sosial Müdafiə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə iştirak edir. Bu proqrama görə, Azərbaycanda mövcud uşaq evlərinin forması dəyişdirilərək ailələrə yardım mərkəzinə çevriləcək. Uşaq evləri ləğv olunarsa və başqa xarakter alarsa, valideynlər uşaqlarını geri qaytaracaqlar.Çünki alternativ qayğı müəssisələrində yaşayan uşaqlar artıq öz valideynləri üçün ağır yük olmayacaqlar. Proqramın həyata keçirilməsi üçün qanunvericilik bazası və uşaqların sosial müdafiəsinin yaradılması vacibdir.
Azərbaycanda ilk dəfə həyata keçiriləcək layihə üçün 9 pilot məktəb seçiləcək. Layihənin həyata keçirilməsinə isə 2009-cu ildə başlamışdır.
Təhsil Nazirliyinin xüsusi təhsil müəssisələrinə baxan aparıcı məsləhətçisi Əlvan Səfərovun sözlərinə görə, Azərbaycanda yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Təhsil Nazirliyinin tərkibində də altı uşaq evi var. Bu evlərdə 750 nəfərə qədər yetim və valideyn himayəsindən məhrum uşaq yaşayır və tərbiyə alır. Uşaq evlərinin 3-ü Bakı şəhərində, yerdə qalanları isə Gəncə, Şəki və Lənkərandadır. Onun sözlərinə görə, valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı qanun var. Bu qanunda 18 yaşını bitirmiş uşaqların təminatı da göstərilib. 18 yaşından sonra həmin uşaqlarla yerli icra hakimiyyətləri məşğul olmalıdırlar. İşlə təmin edilməsi, evlə təmini məsələlərini icra hakimiyyətləri həll etməlidir.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, uşaq evində böyüyən uşaqların iş və evlə təmin olunması gündəmdədir. Belə ki, uşaq evində böyüyən qızların işi bir qədər asandır. Onların əksəriyyəti ailə qura bilir və yaşayışlarını təmin edirlər. Oğlanlarla isə məsələ bir az qəlizdir. Onlar hərbi xidmətini başa vurub qayıtdıqdan sonra zavod və fabriklərdə, şirkətlərdə altı ay təcrübə keçir, sonra işlə təmin olunurlar. Mənzil məsələsi isə çətin həll olunur. Uşaq problemləri ilə məşğul olanlar hazırda həyata keçirilən dövlət proqramını aktual hesab edirlər. Ailədə yaşayan uşağın mənzil məsələsi uşaq evində yaşayan uşaqlara nisbətən daha tez həll olunur.
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9