04.XI.2012 - Bakı şəhəri, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən 2 saylı internat məktəbi
Bu dəfəki ziyarətimiz digərlərindən internatdakı uşaqların sayına görə fərqlənirdi. Belə ki, bu dəfə uşaqların sayı nisbətən çox idi.
Ziyarətimiz zamanı uşaqlar üçün həm şirniyyat, həm də yemək süfrəsi hazırlandı. Aradakı fasiləyə isə klounumuz maraq qatdı.
Yeməyin hazırlanmasında xüsusi rolu olan qızlar, süfrənin hazırlanmasında xüsusi rolu olan oğlanlarımıza isə xüsusi hörmətlər. Heç kim qız-oğlan işi deyə ayırd etmədi, hamı 1ik.Biz dedi)) hər kəs bacardığını etdi, həmişəki kimi.
Bizdən sonra başqa bir qrup da hədiyyələr, geyim və meyvə yardımı gətirəcəkmiş, onlar da meyvələrini bizimkilərə qatdılar, odur ki, meyvədən bol olduq.
Ziyarətimizdə hər cür rolu olan hər bir kəsə Allah özü kömək olsun, Allah heç birini darda qoymasın, İnşAllah!
Şükürlər olsun ki, bu dəfəki aksiyadan da üzüağ çıxa bildik. Və hər aksiyada olduğu kimi, bu aksiyada da qrupumuza yeni qoşulanlar oldu. Hər birinin aktiv üzv olacağı arzusu ilə...
Şərhlər