Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
Ünvanlı dövlət sosial yardımı haqqında AR Qanunu| II hissə
  • Baxış sayı: 5763
  • Şərhlər: 0
  • Müəllif: Milaska89
  • Tarix: 7-07-2011, 06:55
  • Bölmə: Əsasnamələr
  • Açar sözlər:

Ünvanlı dövlət sosial yardımı haqqında AR Qanunu| II hissə

Maddə 6. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi
6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.
6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 7. Sosial yardımın məbləği
7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.
7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır;
7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 8. Sosial yardımın təyin olunması müddəti
8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.
8.2. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
Maddə 9. Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər
9.0. Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:
9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlərində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);
9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
9.0.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
9.0.4. axtarışda olan şəxslər;
9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
Maddə 10. Sosial yardım almaq hüququna yenidən baxılması
10.1. Sosial yardımın məbləğinin dəyişdirilməsinə və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə (ailənin tərkibi və gəlirləri dəyişdikdə), sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır.
10.2. Bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir.
10.3. Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
Maddə 11. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 12. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.


Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 21 oktyabr 2005-ci il
№ 1039-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (17 noyabr 2005-ci il, № 267) («VneshExpertService» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2005-ci il, № 11, maddə 1005) ( «VneshExpertService» LLC).
13 iyun 2008-ci il tarixli, 641-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə («VneshExpertService» LLC).
© VneshExpertService LLC
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9