Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
Mən də oxumaq istəyirəm! | 2013-2014 | Hesabat

Mən də oxumaq istəyirəm! | 2013-2014 | Hesabat

Artıq 3-cü ildir ki, 1ik.Biz olaraq, təhsilə dəstək niyyəti ilə "Mən də oxumaq istəyirəm!" aksiyası həyata keçirilir.
Hər il aksiya çərçivəsində məktəbli ləvazimatları ilə təmin olunan şagirdlərin sayı artır.
Şagirdlər arasında savadlı, yaxşı oxuyan şagirdlərə daha çox üstünlük verilir. Siyahımızda bütün Azərbaycan ərazisindən şagirdlər ola bilər.
Bu ilki şagirdlərimizin sayı 56 oldu və onlar arasında Bərdə (1), Sabirabad (1), Şəki (5), Naxçıvan (1) və Bakı sakinləri oldu. keçən il ləvazimat yardımı edilən 27 şagirddən 2-si (Sabirabad sakinləri) abituriyent idi, onlardan biri Pedoqoji universitetin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olunub, digəri isə ödənişli əsaslarla qəbul olunduğu üçün sənədlərini texnikuma verdi.
İnşAllah, bu ilki abituriyentlərimizdən də xoş xəbərlər alarıq.
Bu il əsas diqqətimiz Naxçıvan şəhərindəki şagirdimizə yönəlib, həvəslə qəbul imtahanlarına hazırlaşır. 4 fəndən xüsusi müəllimlər tutulub, bunlardan ikisi təmənnasız olaraq abituriyentimizin dərsləri ilə məşğul olur, Allah razı olsun!
Digər ikisinin aylıq ödənişini isə bir bəy öhdəsinə götürüb, İnşAllah ki, qızımız qəbul olar, sevinərik, fərəhlənərik!
Builki aksiyamızın daha bir fərqi ondan ibarət oldu ki, internatlardan seçilmiş 10 uşaq üçün dəftər-qələm kimi ləvazimatlardan başqa, həm də iş dəftərləri, məktəbli forması üçün ağ köynəklər, ayaqqabılar, idman dərsləri üçün ketalar alındı.
Hazırda bu uşaqlarla məktəbdən sonra könüllü surətdə dərsləri ilə məşğul olmaq üçün Azərbaycan dili, ingilis dili və riyaziyyat müəllimlərinə ehtiyac var. Dərslər saat 15.00-dan sonraya təyin olunsa, uşaqlar üçün daha rahat olar, çünki 1-ci növbə dərsə gedirlər.
P.S. Uşaqlar internatlardan seçiliblər, bilikləri çox aşağıdır.

Alış-veriş zamanı istər köynəkləri aldığımız BTE mağazası, istərsə də iş dəftərlərini aldığımız Aydın əmi malların qiymətinə xeyli endirim etdilər, hətta iş dəftərləri yarı qiymətdən də ucuz başa gəldi. Allah razı olsun!

Mən də oxumaq istəyirəm! | 2013-2014 | Hesabat

Mən də oxumaq istəyirəm! | 2013-2014 | Hesabat

Mən də oxumaq istəyirəm! | 2013-2014 | Hesabat

Mən də oxumaq istəyirəm! | 2013-2014 | Hesabat

Mən də oxumaq istəyirəm! | 2013-2014 | Hesabat

Mən də oxumaq istəyirəm! | 2013-2014 | Hesabat

Mən də oxumaq istəyirəm! | 2013-2014 | Hesabat

Mən də oxumaq istəyirəm! | 2013-2014 | Hesabat

Bu dəfə də, keçən il olduğu kimi, gözləmədiyimiz yerlərdən, gözləmədiyimiz sayda, gözləmədiyimiz qədər dəstək gördük.. Maddi, mənəvi, əməli şəkildə zərrə qədər də olsa dəstəyi olan hər bir kəsə böyük hörmətlər, sevgilər, dualar... Hər birinə ayrılıqda təşəkkür etsək, bəlkə yüzlərlə insana təşəkkür etməli olarıq. Allah bu insanların hər birinə özü kömək olsun, heç birini darda qoymasın İnşAllah!

Aksiyalarımızın davamlı, əməkdaşlarımızın daimi, vətəndaşlarımızın bütün işlərdə ətrafdakılara qarşı diqqətli və mərhəmətli olmaları diləyilə...1ik.Biz...
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9