Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
Ünvanlı dövlət sosial yardımı haqqında AR Qanunu| I hissə
  • Baxış sayı: 4516
  • Şərhlər: 13
  • Müəllif: Milaska89
  • Tarix: 7-07-2011, 01:12
  • Bölmə: Əsasnamələr
  • Açar sözlər:

Ünvanlı dövlət sosial yardımı haqqında AR Qanunu| I hissə

Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.0.1. ehtiyac meyarı — əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd;
1.0.2. ailə — qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər;
1.0.3. ailənin gəlirləri — ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu;
1.0.4. ailənin orta aylıq gəliri — ailənin gəlirinin orta aylıq göstəricisi;
1.0.5. aztəminatlı ailə — orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə;
1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.
Maddə 2. Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Sosial yardım almaq hüququ olan ailələr
Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Maddə 4. Sosial yardımın məqsədi və prinsipləri
4.1. Sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.
4.2. Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir:
4.2.1. ünvanlılıq — sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur;
4.2.2. ədalətlilik — sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur;
4.2.3. bərabərlik — sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur.
Maddə 5. Sosial yardımın maliyyə mənbəyi
Sosial yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.


Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 21 oktyabr 2005-ci il
№ 1039-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (17 noyabr 2005-ci il, № 267) («VneshExpertService» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2005-ci il, № 11, maddə 1005) ( «VneshExpertService» LLC).
13 iyun 2008-ci il tarixli, 641-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə («VneshExpertService» LLC).
© VneshExpertService LLC
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9