Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
Uşaq evlәrinin nümunәvi әsasnamәsi | IV hissə
  • Baxış sayı: 2649
  • Şərhlər: 0
  • Müəllif: Milaska89
  • Tarix: 6-07-2011, 08:06
  • Bölmə: Əsasnamələr
  • Açar sözlər:

Uşaq evlәrinin nümunәvi әsasnamәsi | IV hissə

Tibb vә sanitar-gigiyena, maddi-texniki baza, maliyyәlәşdirilmә, tәsәrrüfat vә hesabat

Tibb vә sanitar-gigiyena xidmәti
51. Uşaq evlәrindә uşaqların sağlamlığının mühafizәsi, sanitar-gigiyena tәlәblәrinin ciddi tәlәbkarlıqla yerinә yetirilmәsi mühüm şәrt hesab edilir vә uşaq evinin rәhbәrliyi hәmin mәsәlәlәrin hәyata keçirilmәsi üçün tә’sirli tәdbirlәr görür.
52. Uşaqların sağlamlığının qorunması vә möhkәm sanitar-gigiyena rejimi yaradılması üçün әsas mәs’uliyyәt uşaq evindә çalışan tibbi xidmәt işçilәrinin üzәrinә düşür.
53. Uşaq evinin hәkimi vә tibb bacısının fәaliyyәtinin mәzmunu uşaq müәssisәlәrindә müalicә-profilaktika işinin tәşkili haqqında mövcud əsasnamә, tә’limat vә digәr sәnәdlәrә әsasәn qurulur, onların vәzifәlәri, yerinә yetirәcәklәri tәdbirlәr uşaq evinin Nizamnamәsindә müәyyәnlәşdirilir.
54. Uşaq evinin rәhbәrliyi şura iclaslarında, direktoryanı müşavirәlәrdә hәkim vә tibb bacısının gördüyü işlәrә dair hesabatını dinlәyir, onların qaldırdığı mәsәlәlәrin hәlli ilә bağlı tәdbirlәr görür.

Uşaq evlәrinin maddi-texniki bazası, maliyyәlәşdirilmәsi, tәsәrrüfat vә hesabat işlәri
55. Uşaq evlәrinin maliyyә vәsaiti normativlәr әsasında müәyyәn edilәn büdcә vә büdcәdәnkәnar tәxsisatlardan yaranır.
56. Uşaq evlәri tabelik qaydasına görә, yerli tәhsil orqanları tәrәfindәn maliyyәlәşdirilir.
57. Uşaq evlәrinin maliyyә fondu, әsasәn, aşağıdakı mәnbәlәrdәn yaranır:
büdcәdәn ayrılmış vәsait;
mülkiyyәt formasından asılı olmayaraq müxtәlif müәssisәlәrin vә tәşkilatların vәsait qoyuluşları vә ianәlәr;
yardımçı tәsәrrüfatdan, tәdris-tәcrübә sahәsindәn, tәdris e’malatxanalarında hazırlanan mәhsulun satışından әldә edilәn gәlir.

58. Uşaq evlәrinin büdcә vәsaiti vә müxtәlif mәnbәlәrdәn toplanmış gәliri toxunulmazdır. Uşaq evinin maliyyә vәsaiti bütünlüklә öz ixtiyarındadır vә hәmin vәsaiti bölüşdürmәk hüququna malikdir.
59. Uşaq evlәrinin müstәqil mühasibatlığı olmalıdır. Mühasibat vә statistika uçotunun aparılması, xәrc smetasının icrası mövcud qaydalar әsasında uşaq evinin Nizamnamәsi ilә müәyyәnlәşdirilir.
60. Uşaq evlәrinin ştat cәdvәli, işçilәrinin әmәk haqqı stavkası vә vәzifә maaşları mövcud qaydalara uyğun olaraq direktor tәrәfindәn müәyyәn edilir.
61. Uşaq evlәrinin tәdris-pedaqoji vә maliyyә-tәsәrrüfat sәnәdlәri ümumtәhsil mәktәblәrinin nümunәvi əsasnamәsindә müәyyәn olunmuş siyahıya uyğun aparıla bilәr.
62. Uşaq evlәrindә lazımi avadanlıqlarla tәchiz edilmiş yataq, istirahәt vә mәşğәlә otaqları, e’malatxanalar, yemәkxana, akt vә idman zalı, kitabxana, tibb mәntәqәsi, izolyator, gigiyena otağı, duşxana vә digәr yardımçı otaqlar tәşkil edilir.
63. Uşaqların gәzintilәrә, ekskursiyalara, tamaşalara, mәdәni-kütlәvi tәdbirlәrә aparılıb-gәtirilmәsi, әrzağın, inventar-avadanlığın daşınması üçün uşaq evlәrinә birinci növbәdә avtobus vә yük maşını ayrılır.
64. Şәrait vә imkanlar nәzәrә alınmaqla uşaq evlәrinin nәzdindә mövcud qaydalar üzrә yardımçı tәsәrrüfat tәşkil edilә bilәr.
65. Yardımçı tәsәrrüfatdan, uşaqların әl işlәrinin satışından әldә edilәn gәliri, habelә mülkiyyәt formasından asılı olmayaraq tәsәrrüfat hesablı müәssisә vә tәşkilatların, elәcә dә ayrı-ayrı vәtәndaşların köçürdüyü vәsaiti cәmlәşdirmәk üçün uşaq evinin yerli bank müәssisәsindә xüsusi hesabı açılır. Xüsusi hesabda toplanmış vәsait uşaqların maddi-mәişәt şәraitinin yaxşılaşdırılmasına, mәdәni-kütlәvi tәdbirlәrin keçirilmәsinә, işçilәrә mükafat verilmәsinә vә digәr bu kimi mәqsәdlәrә istifadә edilir.
66. Uşaq evlәrindә mövcud qaydalara әsasәn, kargüzarlıq işlәri aparılır, tabelik üzrә tәhsil orqanlarına hesabat verilir.
67. Uşaq evlәri hüquqi şәxs statusuna malikdir, üzәrindә uşaq evinin vә tabe olduğu tәşkilatın adı yazılmış möhürü, ştampı vә ünvan lövhәsi vardır.
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9