Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
Uşaq evlәrinin nümunәvi әsasnamәsi | III hissə
  • Baxış sayı: 3744
  • Şərhlər: 0
  • Müəllif: Milaska89
  • Tarix: 6-07-2011, 07:57
  • Bölmə: Əsasnamələr
  • Açar sözlər:

Uşaq evlәrinin nümunәvi әsasnamәsi | III hissə

Uşaqların və uşaq evlərinin idarə olunması

Mәktәbәqәdәr yaşlı uşaqlarla işin tәşkili
27. Uşaq evindә mәktәbәqәdәr yaşlı uşaqlar üçün qruplarda uşaqların sayı 20 nәfәr müәyyәn edilir.
28. Yaş qrupları aşağıdakı şәkildә müәyyәnlәşdirilir:
kiçik yaş qrupu – 3 yaşdan 4 yaşadәk;
orta yaş qrupu – 4 yaşdan 5 yaşadәk;
mәktәbә hazırlıq qrupu – 5 yaşdan 6 yaşadәk.

29. Mәktәbәqәdәr yaşlı uşaqlarla tәrbiyә işlәri uşaq bağçalarında tәtbiq olunan müvafiq proqramlar üzrә aparılır. Bununla belә, uşaq evlәrindәki tәrbiyә işi daha çox fәrdi xarakter daşımalı, uşağın әvvәllәr ailәdәki psixoloji vәziyyәti, hansı tәrbiyә mühitindәn gәldiyi, inkişaf sәviyyәsi vә s. cәhәtlәr ciddi nәzәrә alınmalı, proqramlarda öz әksini tapmalıdır.
30. Mәktәbәqәdәr yaşlı uşaqlarla aparılan tәdbirlәr onların keçirdiklәri mә’nәvi sarsıntıdan uzaqlaşmaları, kollektivә uyğunlaşması vә düzgün nitq qabiliyyәti formalaşmasına yönәldilmәli, mәktәbә hazırlaq işinin real zәmininә çevrilmәlidir.
31. Mәktәbәqәdәr yaşlı uşaqlarla aparılan işlәr musiqili-әylәncәli oyunlar, sadә әmәk mәşğәlәlәri, tәbiәtlә tanışlıq, әşya vә hadisәlәrә münasibәt formalaşdırılması vә s. tәdbirlәr vasitәsi ilә yerinә yetirilir.
32. Mәktәbәqәdәr yaşlı uşaqlar üçün hәr bir yaş qrupunda uşaqların inkişaf sәviyyәsi nәzәrә alınmaqla yaradıcı, hәrәki, didaktik, musiqili, bәdii oyunlar keçirilir, onların nitq qabiliyyәtinin formalaşması, әtraf alәmlә tanışlıq, riyazi tәfәkkürün müәyyәnlәşdirilmәsi, savad tә’liminә hazırlıq, tәsviri incәsәnәt, musiqi, bәdәn tәrbiyәsi üzrә mәşğәlәlәr aparılır, uşaqların iştirakı ilә әlamәtdar hadisәlәr, bayramlar qeyd edilir vә başqa tәdbirlәr hәyata keçirilir.

Mәktәbyaşlı uşaqlarla işin tәşkili
33. Mәktәbyaşlı uşaqlardan ibarәt qruplarda uşaqların sayı 25 nәfәr müәyyәn edilir.
34. Mәktәbyaşlı uşaqlarla iş prosesindә onların qarşılıqlı hörmәt әsasında vahid kollektivdә birlәşmәsinә, birgәyaşayış qaydalarına uyğunlaşmasına, uğursuz ailәlәrdәki yaşayış tәrzi ilә әlaqәdar xarakterlәrindә yaranmış inamsızlıq, hәyatdan küskünlük vә digәr mәnfi әlamәtlәrdәn tezliklә uzaqlaşmalarına,cәmiyyәt üçün gәrәkli adam olmalarını dәrk etmәlәrinә ciddi diqqәt yetirilir.
35. Uşaq evindә mәktәbyaşlı uşaqların psixologiyası, maraq dairәsi fәrdi qaydada diqqәtlә öyrәnilmәli, ayrı-ayrı sahәlәr üzrә iste’dadı vә qabiliyyәti olan uşaqlar müәyyәnlәşdirilmәli, onların bilik, bacarıq vә vәrdişlәrinin inkişaf etdirilmәsi istiqamәtindә lazımi tәdbirlәr görülmәlidir.
36. Uşaq evinin mәktәbyaşlı uşaqlarının tә’limi әrazidәki ümumtәhsil mәktәbindә tәşkil olunur. Uşaq evinin rәhbәrliyi ümumtәhsil mәktәbi ilә sıx әlaqә saxlayır, uşaqların tә’limi ilә әlaqәdar qarşıya çıxan mәsәlәlәri birlikdә hәll edir, onların biliklәrә yiyәlәnmәlәri, peşәyönümü işinin tәşkili, fiziki vә estetik tәrbiyәsi üçün kompleks tәdbirlәr hәyata keçirir.
37. Şagirdlәrin tә’lim-tәrbiyәsi vә peşәyönümü ilә bağlı mәsәlәlәr uşaq evinin, elәcә dә ümumtәhsil mәktәbinin şura iclaslarında müzakirә olunur vә müvafiq tәkliflәr hazırlanır.
38. Şagirdlәrin tә’lim-tәrbiyәsinin real vәziyyәtini öyrәnmәk vә bu sahәdә mövcud çatışmazlıqların aradan qaldırılması üçün uşaq evinin tәrbiyәçilәrinin ümumtәhsil mәktәbindә, mәktәbin müәllimlәrinin isә uşaq evindә olmaları, onların qarşılıqlı sәmәrәli fәaliyyәti tә’min edilir.
39. Uşaq evindә mәktәbyaşlı uşaqların әmәk tә’limi vә peşәyönümü işinә xüsusi әhәmiyyәt verilir, meyl vә maraqlarına görә hәr hansı bir peşәni öyrәnmәlәrinә şәrait yaradılır. Uşaq evinin yerlәşdiyi rayondakı (şәhәrdәki) texniki-peşә mәktәblәri bu sahәdә onlara hәrtәrәfli kömәklik göstәrmәlidirlәr.
40. Uşaq evindә uşaqların dәrsdәnkәnar vaxtlarının sәmәrәli vә mә’nalı tәşkili mәqsәdilә idman bölmәlәri, özfәaliyyәt kollektivi, dәrnәklәr, klublar yaradılır, vaxtaşırı gecәlәr, әylәncәli oyunlar, müsabiqәlәr, baxışlar, yaradıcı adamlarla görüşlәr keçirilir, onlar müntәzәm olaraq ekskursiyalara, gәzintilәrә, konsert vә teatr tamaşalarına, muzeylәrә aparılır, respublikamızın flora vә faunasının, tarixinin vә mәdәniyyәt abidәlәrinin öyrәnilmәsi tә’min olunur.
41. Uşaq evindә mәktәbyaşlı uşaqlarla aparılan işlәr onların milli әn’әnәlәrimiz, vәtәnpәrvәrlik ruhunda böyümәsini, dilimizi, tariximizi, mәdәniyyәtimizi öyrәnmәsini, saf әqidәli, fiziki cәhәtdәn sağlam, әbәdii-estetik duyumlu vәtәndaşlar kimi tәrbiyә olunmasını tә’min etmәk istiqamәtindә qurulmalıdır.
42. Uşaq evinin rәhbәrliyi mәktәbyaşlı uşaqlardan öz bacarığı vә iste’dadı ilә fәrqlәnәnlәrin musiqi mәktәblәrinә, uşaq vә gәnclәr yaradıcılıq evlәrinә, texniki klublara göndәrilmәsini, olimpiadalarda, festivallarda, müsabiqәlәrdә, yarışlarda, sәrgilәrdә iştirakını tә’min etmәlidir.
42-1. Uşaq evi öz sәlahiyyәtlәri daxilindә:
inkişafında qüsurlar olan vә ya tәhsildә çәtinlik çәkәn uşaqlara sosial-psixoloji vә pedaqoji yardım göstәrir;
sosial tәhlükәli vәziyyәtdә olan uşaqları aşkar edir, onların tәrbiyәsi vә tәlimi üçün tәdbirlәr görür;
sosial tәhlükәli vәziyyәtdә olan ailәlәri aşkar edir vә onlara uşaqlarının tәhsil vә tәlimindә kömәk edir; idman seksiyaları, texniki vә digәr dәrnәklәr, klublar yaradır vә oraya uşaqların qәbul edilmәsini tәşkil edir;
uşaqlarda cәmiyyәtә vә qanunlara hörmәt ruhunda davranışın formalaşdırılmasına yönәldilmiş proqram vә metodikaların hәyata keçirilmәsi üzrә tәdbirlәr görür.

Uşaq evlәrinin idarә olunması. Pedaqoji kadrlar
43. Uşaq evlәrinin özünüidarәsinin ali orqanı pedaqoji şura hesab olunur. Pedaqoji şuralar Tәhsil Nazirliyi tәrәfindәn tәsdiq edilmiş müvafiq Əsasnamәyә uyğun fәaliyyәt göstәrir.
44. Uşaq evlәrinin bütün kateqoriyalardan olan işçilәrinin hüquq vә vәzifәlәri, daxili intizam vә iş qaydaları bu Əsasnamәnin tәlәblәri baxımından hazırlanmış Nizamnamәdә öz әksini tapmalıdır. Nizamnamә hәr bir uşaq evinin ali orqanında qәbul olunur.
45. Tә’lim-tәrbiyә prosesinin idarә edilmәsini vә uşaq evinin gündәlik fәaliyyәtinә rәhbәrliyi direktor hәyata keçirir. Direktor seçkisi «Tәhsil Qanunu»na uyğun olaraq aparılır. Özünü doğrultmayan direktor vaxtından әvvәl geri çağırıla bilәr.
46. Uşaq evinin direktoru müәssisәnin Nizamnamәsindә müәyyәn olunmuş hüquq vә sәlahiyyәtlәr daxilindә fәaliyyәt göstәrir.
47. Uşaq evlәrindә psixoloji xidmәt fәaliyyәt göstәrir. Psixoloji xidmәti uşaq evinin psixoloqu hәyata keçirir vә o, statusuna görә pedaqoji işçilәrә bәrabәr tutulur.
48. Uşaq evlәrinә pedaqoji işçilәr tә’yin edilәrkәn onların nәzәri, metodiki hazırlığı, uşaqlarla işlәmәk qabiliyyәti, hәssaslığı, intizamı vә mәs’uliyyәti, tәşәbbüskarlığı, işә yaradıcı münasibәti ciddi surәtdә nәzәrә alınmalıdır.
49. Uşaq evlәrindә uşaq vә gәnclәrin ictimai tәşkilatları mövcud qanunvericiliyә vә öz Nizamnamәsinә uyğun yaradılır.
50. Uşaq evlәrindә uşaqların әrzaq mәhsulları ilә tә’minatına vә iaşә xidmәtinin tәşkilinә aidiyyәti ticarәt tәşkilatları, onların yerlәrdәki nümayәndәlәri cavabdehdirlәr. Yemәyin keyfiyyәtinә dövlәt nәzarәtini sәhiyyә orqanları hәyata keçirirlәr.[/b]
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9