Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
Uşaq evlәrinin nümunәvi әsasnamәsi | II hissə
  • Baxış sayı: 3744
  • Şərhlər: 2
  • Müəllif: Milaska89
  • Tarix: 5-07-2011, 06:00
  • Bölmə: Əsasnamələr
  • Açar sözlər:

Uşaq evlәrinin nümunәvi әsasnamәsi | II hissə

Uşaq evlәrinә qәbul, uşaqların saxlanması vә uşaq evlәrindәn buraxılışı

Uşaq evlәrinә qәbul, uşaqların saxlanması vә uşaq evlәrindәn buraxılışı
10. Uşaq evlәrinә 3 yaşdan 16 yaşadәk olan uşaq vә yeniyetmәlәr qәbul edilirlәr. Uşaqlar mәktәbәqәdәr yaşlı uşaqlar üçün uşaq evlәrindә 6 yaşadәk, mәktәbyaşlı uşaqlar üçün uşaq evlәrindә isә 6 yaşdan 16 yaş tamam olan müddәtәdәk saxlanılırlar. Maddi baza vә şәrait imkan verdiyi hallarda mәktәbyaşlı uşaqlar әsas tәhsillәrini bitirәnә qәdәr qәbul olunduqları uşaq evindә saxlanıla bilәrlәr.
11. Uşaqlar mәktәbәqәdәr yaşlı uşaqlar üçün uşaq evlәrinә körpәlәr evlәrindәn, uşaq qәbulu vә bölüşdürücü mәntәqәlәrdәn, ayrı-ayrı vәtәndaşlardan, mәktәbyaşlı uşaqlar üçün uşaq evlәrinә isә göstәrilәnlәrlә yanaşı körpәlәr evlәri istisna olunmaqla hәm dә mәktәbәqәdәr yaşlı uşaqlar üçün uşaq evlәrindәn vә digәr tәhsil müәssisәlәrindәn qәbul edilirlәr.
12. Uşaq evlәrinә qәbul olunurlar:
hәr iki valideynini itirmiş yetim uşaqlar;
müxtәlif sәbәblәrdәn (valideynin hәbs edilmәsi, ruhi xәstә olması, valideynlik hüququndan mәhrum olunması, valideyn tәrәfindәn imtina edilmәsi vә s.) valideyn himayәsindәn mәhrum olan uşaqlar.

13. Maddi-mәişәt şәraiti qeyri-qәnaәtbәxş olan tәk anaların (yaxud ataların) uşaqları yalnız әrazidә internat mәktәb olmadıqda, istisna hal kimi ümumi qaydalar üzrә uşaq evinә qәbul edilә bilәrlәr.
14. Tәk analar (yaxud atalar) üzürlü sәbәb olmadan 6 aydan artıq müddәtdә uşağı ilә görüşә gәlmәzsә, taleyi ilә maraqlanmazsa, uşaq evinin rәhbәrliyi onun valideynlik hüququndan mәhrum edilmәsi barәdә müvafiq orqanlar qarşısında mәsәlә qaldıra bilәr.
15. Bir ailәnin uşaqlarının (bacı-qardaşlar), habelә qohumluq әlaqәsi olan uşaqların eyni uşaq evinә qәbul edilmәsi mәslәhәt bilinir. Hәmin uşaqlardan hansınasa tibbi göstәricilәri vә sağlamlığının vәziyyәti uyğun gәlmirsә, o, digәr müvafiq uşaq tәrbiyә müәssisәsinә göndәrilir.
16.Uşaq evindә tәrbiyә alan eyni ailәnin uşaqlarından hәr hansı birinin övladlığa götürülmәsi mәsәlәsi ortalığa çıxarsa, uşağın mәnafeyinә cavab verәn hallar istisna olmaqla, qardaş vә bacıların müxtәlif şәxslәr tәrәfindәn övladlığa götürülmәsinә yol verilmir.
17. Uşaqlar uşaq evlәrinә yerli icra hakimiyyәtlәrinin qәyyumluq vә himayә orqanlarının qәrarına әsasәn göndәrilirlәr. Qәrara müvafiq olaraq nazirlik uşağın uşaq evinә qәbulu üçün xüsusi formada göndәriş verir. Uşaq evinә qәbul ilboyu aparılır.
18. Zәruri hallarda müvafiq tәhsil şö’bәsinin, polis idarәsinin vә digәr aidiyyәti tәşkilatların (Uşaq fondu, Qaçqınlar Komitәsi vә s.) rәsmi tәqdimatı әsasında yerli icra hakimiyyәtlәrinin qәyyumluq vә himayә orqanlarının qәrarı uşaq evinә qәbul üçün әsas sayılır.
19. Ərazidә olan yetim vә valideyn himayәsindәn mәhrum uşaqların müәyyәnlәşdirilmәsi vә uşaq evlәrinә göndәrilmәsi işinin tәşkili üçün yerli tәhsil şö’bәlәri bilavasitә mәs’uliyyәt daşıyırlar.
20. Uşaq evlәrinә göndәrilәn uşaqlar üçün aşağıdakı sәnәdlәr hazırlanır vә tәqdim edilir:
doğum haqqında şәhadәtnamәnin әsli, yaxud hәmin sәnәd olmadıqda uşağın yaşının tәyin edilmәsi barәdә tibbi komissiyanın rә`yi;
sağlamlıq vәziyyәti haqqında tibbi arayış;
uşağın tәhsili ilә bağlı sәnәdlәr (mәktәbyaşlı uşaqlar üçün);
valideynlәri vә ya onları әvәz edәn şәxslәr barәdә sәnәdlәr (valideynlәrin ölümü haqqında şәhadәtnamәnin surәti, valideynlik hüququndan mәhrum edilmә barәdә mәhkәmәnin hökmü vә ya qәrarı, valideynlәrin xәstәliyi, uşaqlarını tәrbiyә edә bilmәmәsi vә ya axtarışda olması barәdә sәnәdlәr, valideynlәrin olmadığını sübut edәn digәr sәnәdlәr);
uşağın bacı vә qardaşlarının, yaxın qohumlarının (baba, nәnә, әmi, dayı, xala, bibi) yaşayış yeri barәdә arayışlar;
valideynlәrin ölümündәn sonra qalmış әmlakın siyahısı vә onların saxlanılmasına cavabdehlik daşıyan şәxslәr haqqında mә’lumat;
uşağın qeydiyyatda olduğu mәnzil barәdә sәnәdlәr;
pensiya kitabçası (pensiya alan uşaqlar üçün), aliment ayrılması barәdә mәhkәmәnin qәrarı.

21. Mәktәb yaşına çatmış uşaqların mәktәbyaşlı uşaqlar üçün uşaq evlәrinә köçürülmәsi hәr il avqust ayının 20-dәk hәyata keçirilir.
22. Uşaqların buraxılışı, elәcә dә müәyyәn hallarda valideynlәrә qaytarılması uşaq evinin pedaqoji şurasının qәrarına әsasәn yerinә yetirilir. Şuranın qәrarı uşaq evinin tabeliyindә olduğu tәhsil şöbәsi vә yerli icra hakimiyyәtlәrinin qәyyumluq vә himayә orqanları tәrәfindәn tәsdiq edilir.
23. Uşaqlar valideynlәrә qaytarılarkәn uşaq evinin rәhbәrliyi valideynin maddi, mәnzil-mәişәt şәraitini, mә’nәvi-psixoloji vәziyyәtini öyrәnmәli, sonra mәsәlәni şura iclasına çıxarmalıdır. Qeyd edilәn amillәrdәn asılı olaraq uşaq valideynә qaytarılmaya da bilәr.
24. Uşaq evindәn buraxılan uşaqlara aşağıdakı sәnәdlәr verilir:
doğum haqqında şәhadәtnamә, pasport (16 yaşına çatmışlar);
müddәti göstәrilmәklә uşaq evindә olması barәdә arayış;
sağlamlığının vәziyyәti haqqında arayış;
tәhsil haqqında sәnәdlәr (mәktәbyaşlı uşaqlar üçün);
valideynlәri vә yaxın qohumları barәdә mә’lumat;
pensiya kitabçası, aliment alınması haqqında icra vәrәqi, mәnzil sahәsinә, müәyyәn әmlaka malik olması barәdә sәnәdlәr vә s.

25. Uşaq evindә tәrbiyә alan uşaqlar qanunvericiliklә yetim vә valideyn himayәsindәn mәhrum uşaqlar üçün tә’yin edilmiş bütün imtiyazlardan istifadә edirlәr.
26. Uşaq evlәrindә uşaqlar tam dövlәt tә’minatında saxlanılırlar. Uşaqlara paltar, ayaqqabı, şәxsi gigiyena әşyaları, yumşaq inventar vә s. avadanlıqlar müәyyәn edilmiş normativlәr üzrә verilir.
Qiymətləndirmə:

Şərhlər

Müəllif: 1ik.Biz   16 dekabr 2014 07:30  |  Qrup: Təşkilatçı
Sitat: Xumar
Usaq evlerine ziyaret etmek yeni uwaqlarla goruwe getmek olarmi?

Müdiriyyətin icazəsi olsa, olar.


--------------------

sitat        
Müəllif: Xumar   16 dekabr 2014 05:28  |  Qrup: İstifadəçi
Usaq evlerine ziyaret etmek yeni uwaqlarla goruwe getmek olarmi?

sitat        

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9