Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
Yeni tipli internat evi

Yeni tipli internat evi

Bu dəfə tanış olduğumuz yeni tipli internat evi cəmii 10 uşaqdan ibarətdir. Uşaqların yaşları müxtəlif olsa da, bir-birinə oxşamayan və hələ çox qısa hesab edilsə də, yetərincə ağır olan taleləri onları biryerə yığıb.
Uşaqlar burada müəllimələri ilə yaşayırlar. Bütün ailəli uşaqların getdikləri adi məktəblərdə təhsil alır və Allahın köməkliyi ilə, nə lazım olan məktəbli ləvazimatları, nə də dərsə qarşı məsuliyyətləri ilə digər şagirdlərdən geri qalmamağa çalışırlar.
Burada uşaqlara qarşı münasibət digər internat evlərindən çox fərqlidir. Burda uşaqların hüquqları qorunur, onlar cəmiyyətə özlərini sərbəst və düzgün şəkildə təqdim edə biləcək tərbiyəni alırlar.
Bu işdə müəllimələrinin rolu əvəzsizdir!

İnternat evi ilə ilk tanışlığımız 15.08.2013 tarixində baş tutdu. Təbii ki, əliboş getməmişdik. Əvvəlcədən əlaqə saxlayıb ehtiyaclar barədə öyrənmişdik və imkan daxilində ehtiyacların bir qismini ödəməyə çalışmışdıq.
Öyrəndiyimiz ilk ehtiyaclardan biri uşaqlar üçün yataq dəstlərinin, demək olar ki, yararsız halda olması oldu.
Sabirabad rayonundan bir anamızın da uşaqlar üçün dadlı dolma payı vardı. Yataq dəstləri, yemək və müəyyən qədər ərzaq, meyvə və tərəvəzlə bu ziyarətimizi yekunlaşdırdıq.

İkinci yardımımız "Mən də oxumaq istəyirəm!" aksiyası ilə bağlı oldu: burada yaşayan 10 uşağın ehtiyacını ödəyəcək qədər əsas məktəbli ləvazimatları alındı, 04.09.2013 tarixində ünvanına çatdırıldı.

Növbəti niyyətimiz uşaqların məktəbli geyimləri ilə əlaqədar idi. Uşaqlardan 9-u artıq məktəblidir.
Bir neçə müəlimənin biryerdə saxlamaq üçün əllərindən gələni etdikləri 10 uşaqlı bu ailənin yeganə oğlanı isə bu il məktəbli olacaq. Bütün uşaqların məktəbli forması var, lakin ağ köynək və ayaqqabılarının artıq yararsız hala gəldiklərini nəzərə almaq lazım idi.
Bu məsələ də qrupumuzun könüllülərinin dəstəyi ilə bilik gününə bir neçə gün qalmış həll olundu. Artıq uşaqlarımız yeni dərs ilinə hazırdırlar!

Yeni dərs ili başlar-başlamaz iş dəftərlərini bu uşaqlara yarı qiymətdən də ucuz verən Azər dayı ilə tanış olduq. Bu alış-verişdən xeyir güdməməyi bir yana, hər halda maddi baxımdan ziyana da düşmüş oldu, Allah savabını bol eləsin!
24.09.2013 tarixində bu evin 10 uşağının hər biri üçün bütün fənlərdən iş dəftərləri alındı.

Yeni tipli internat evi

Yeni tipli internat evi

Yeni tipli internat evi

Yeni tipli internat evi

Yeni tipli internat evi

Yeni tipli internat evi

Yeni tipli internat evi

Yeni tipli internat evi

Redaktə edildi: 18.11.2013
Zaman keçdikcə bu ailə ilə münasibətimiz daha da genişləndi, şükürlər olsun! Artıq hər kiçik ehtiyaclarından xəbər tuta bilirik.
Evin ən böyük problemlərindən biri - santexnika işlərində xeyli problem vardı. Bu problemlərin çox böyük bir qismini ilk tanışlığımızda bizimlə gələn (əslində, heç bizim də tanımadığımız) bir xanım və onun ailəsi həll etdilər. Biz bu işdən xeyli sonra xəbər tutduq =)

Müxtəlif vaxtlarda evin müxtəlif ehtiyacları ilə əlaqəli səhifələrimizdə paylaşdığımız elanlar əsasında ailə ilə əlaqə saxlayıb, bizim özümüzdən də xəbərsiz şəkildə, bu problemlərin həllinə kömək olan insanlar az olmadı. Müəllimələrdən bu tip xəbərlər eşitmək çox xoşdur! Bütün bu vaxt ərzində bizim vasitəmizlə və bizdən tam xəbərsiz şəkildə ailənin çox müxtəlif istiqamətlərdəki kiçikli-böyüklü hər bir probleminə kömək olan insanlardan Allah razı olsun!

Hazırda bu uşaqların dərslərində kömək edə biləcək müəllimlərin axtarışındayıq. Xüsusən, Azərbaycan və ingilis dilləri, riyaziyyat fənlərinə kömək edə biləcək müəllimlərə ehtiyac var.
Hər fəndən 1 müəllim var artıq. Lakin uşaqların yaşları və bilik səviyyələri müxtəlif olduğundan, 1 müəllim azlıq edir.

Yeni tipli internat evi ilə əlaqəmizi imkan daxilində genişləndirmək və ən azından, bu 10 uşağın həyatının müsbət tərəfə dəyişilməsində rolumuzun olmasına çalışırıq. Bu işdə hər hansı bir baxımdan köməyiniz ola bilərsə, bizimlə əlaqə saxlamağınız xahiş olunur: 050 306 49 58
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9