Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
  • Baxış sayı: 3306
  • Şərhlər: 2
  • Müəllif: 1ik.Biz
  • Tarix: 9-05-2012, 18:24
  • Bölmə: Digər
  • Açar sözlər:

"Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" | Müsahibə

Azərbaycanda “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2010-cu ildə yaradılıb. Bu xidmətin yaradılmasında məqsəd ailədə zorakılığa məruz qalan, həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək olmaq, onlara problemlərinin həllinin tapılmasında, sosial mühitə uyğunlaşmalarına yardım etməkdir.


"Azərbaycan Uşaq Qaynar Xətti Xidməti"nin direktoru Gülşən Cumayeva ANS PRESS-i maraqlandıran sualları cavablandırıb.


Fəaliyyət istiqamətiniz haqda məlumat verərdiniz?
-“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” “Ümidli Gələcək” Gənclər Təşkilatı və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azercell Telekom Şirkətinin xüsusi maliyyə və texniki dəstəyi və UNİCEF, “Uşaqların Xilası” və “Dünyaya Baxış” beynəlxalq təşkilatlarının dəstəyilə təsis edilib, 1 fevral 2010-cu il tarixindən etibarən rəsmi fəaliyyətə başlayıb.

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” hazırda saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Qaynar xətt 3 stasionar telefon nömrəyə (012 480-22-80), iki Azercell operatorunun mobil nömrəsinə (050-680-22-80 və 051-880-11-80), 1 Toll-free nömrəsinə (088-480-22-80) habelə e-poçt xidməti ([email protected]) və internet saytına (www.childhelpline.az) malikdir. “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti”nin əsas fəaliyyət istiqamətini problemlə üzləşmiş hər bir uşağa psixoloji yardım, emosional dəstək, onun üzləşdiyi çətinliklərin və problemlərin həllinə dair məsləhətlərin verilməsi, onun müraciətlərini digər müvafiq xidmətlərə yönəldilməsini təmin etmək və təxirəsalınmaz köməyin göstərilməsi təşkil edir.

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti"nin fəaliyyətinin əsasını məxfilik prinsipi təşkil edir. “Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə” daxil olan bütün zənglərə dair məlumat məxfi saxlanılır. Müraciət edən öz adını, ümumiyyətlə özü haqqında heç bir şəxsi məlumat verməyə bilər. Zəng etmiş uşaq, gənc və ya böyük yaşlı şəxs istəyindən asılı olaraq öz adını, problemin kateqoriyasını, yaşı və sosial vəziyyətini bildirə bilər. Yalnız ehtiyac yarandıqda və problemin həlli bunu tələb edirsə, müraciət edən buna razılıq verirsə, onun barəsində məlumat müvafiq dövlət və qeyri-hökumət təşkilatlarına ötürülə bilər.

Uşaqlar adətən üzləşdikləri problemlər barəsində valideynlərinə və yaxınlarına danışmaqdan çəkinir, öz hisslərini digərlərindən gizlədir, düşdükləri çətinliklərdən çıxış yolu axtarmaqda çətinlik çəkir və ən əsası isə onlara qarşı baş vermiş haqsızlıq, qanun pozuntusu və zorakılıq barəsində digər insanlarla bölüşməkdən qorxurlar. Bu və ya digər ağır vəziyyətə düşmüş uşaqların durumu getdikcə daha da ağırlaşır, problemlər daha da dərinləşir və nəticədə xeyli sayda neqativ hadisələr, sui-qəsdə cəhdlər və s. baş verir. Bu vəziyyətdə “Qaynar Xətt”ə müraciət, demək olar ki, əksər uşaqlar üçün başa düşülmək və qəbul edilmək üçün yeganə vasitədir.

Uşaqlara necə yardım göstərilir. Bu məsələ ilə bağlı polislə əməkdaşlıq edirsinizmi?
-“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” yaşından asılı olmayaraq bütün uşaq və gənclərə, habelə uşaq məsələləri ilə bağlı zəng edən böyüklərə psixoloji və emosional yardım göstərir, məsləhətlər verir, lazım gəldikdə ilkin hüquqi məsləhət təmin edir. Daha geniş hüquqi yardıma ehtiyac yarandıqda və ya uşaqla uzun müddətli intensiv psixoloji işin aparılması lazım olduqda, müraciətləri Uşaq Hüquqları Klinikası, Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə və yeni yaradılmış Zorakılığa məruz qalmış Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzinə yönəldir. Eyni zamanda, digər - səhiyyə, sosial və təhsil sahəsində olan problemlərlə bağlı müraciət edənlərə məsləhətlər verilir, zəngləri müvafiq xidmətlər göstərən təşkilat və xidmətlərə yönəldilir.

Həmin uşaqlarla sonradan əlaqə saxlanılırmı?
-Yönəldilən bütün müraciətlər “Azərbaycan Uşaq Qaynar Xətt” xidməti tərəfindən nəzarətdə saxlanılır.

Uşaq Qaynar Xətt Xidməti hansı yaşda olan uşaqları əhatə edir? Uşaqlarla kim danışır?
-Müraciət edən uşaqların əksəriyyəti 13-17 yaş qrupuna məxsus yeniyetmələrdir. Uşaqlarla xidmətin ixtisası psixoloq, hüquqşünas və sosial işçi olan operatorlar danışır, problemlərə uyğun olaraq lazımi məsləhət verir və ehtiyac yarandıqda müraciəti müvafiq qurumlara yönləndirir.

Zənglər ən çox haradan daxil olur? Yəni, təkcə Bakı şəhəri üzrə, yoxsa buraya regionlar da daxildir?
-Uşaq Qaynar Xətt xidmətinə daxil olan zənglərin əhatə dairəsi təkcə Bakı şəhəri ilə məhdudlaşmır. Bakı şəhərindən olan müraciətlərlə yanaşı, “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə fəaliyyət göstərdiyi müddət ərzində Naxçıvan Muxtar Respublikası, Bərdə, Gəncə, Tovuz, Goranboy, Şəmkir, Ağsu, Ağdaş, Gədəbəy, Ağdam, Ağcəbədi, Beyləqan, Tər-Tər, Mingəçevir, Yevlax, Şamaxı, Şəki, Qəbələ, Zaqatala, Balakən, Quba, Xaçmaz, Siyəzən, Ucar, Göyçay, Samux, Saatlı, Şirvan, Sabirabad, Kürdəmir, Cəlilabad, Biləsuvar, Səlyan, Neftçala, Lənkaran, Astara, Lerik, Abşeron, Sumqayıt şəhəri, eləcə də Türkmənistanın Aşqabad şəhəri, Qazaxıstan, Gürcüstan, Türkiyə və Rusiya Federasiyasından müraciətlər daxil olub. Regionlarda yaşayan və xüsusən imkansız ailələrdən olan uşaqların Azərbaycan Uşaq Qaynar Xəttinin onlara təqdim edə biləcəyi xidmətlərdən yararlanmaq imkanları şəhərlərarası danışıqların ödənişli olması səbəbindən məhdudlaşır. Həmin uşaqlara dəstək olmaq məqsədilə Uşaq Qaynar Xətt xidməti “toll-free” nömrə (088-480-22-80) ilə təmin olunub, bununla da xüsusən regionlarda yaşayan uşaqların ödənişsiz olaraq qaynar xəttlə əlaqə saxlamalarına imkan yaradılıb.

Maarifləndirmə işləri aparılırmı? “Uşaq Qaynar Xətti xidməti” haqda elanlar məktəblər, bağçalar və digər uşaqların çox olduğu yerlərdə onlara təqdim olunubmu? Uşaqlara bu haqda məlumat verilirmi?
-Uşaq Qaynar Xətt xidməti 2010-cu ilin yanvar ayından etibarən Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərində, eyni zamanda 2011-ci ilin noyabr ayından başlayaraq Bakı şəhəri ilə yanaşı, Sumqayıt şəhərində yerləşən orta ümumtəhsil məktəblərində maarifləndirmə kampaniyaları keçirir, uşaqları xidmətin fəaliyyəti barədə məlumatlandırır. Bunlarla yanaşı, Bakı Metropolitenin stansiyalarında məlumatlandırma kampaniyalarının təşkili vasitəsilə də uşaqlarımızı "qaynar xətt"in fəaliyyəti barədə məlumatlandırılması həyata keçirilir.

Müraciət edənlər çoxdur?

-Fəaliyyət göstərdiyi müddətdə “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 2701 müraciət daxil olub. Müraciətlər şəhərdaxili (1838), mobil telefon (751), SMS (52) və elektron poçt (60) vasitəsilə daxil olub.

Daxil olan müraciətlər əsasən aşağıdakı sahələrlə bağlı olub:
Psixoloji problemlərlə edilən müraciətlərin sayı-1089;
Təhsil sahəsini əhatə edən müraciətlər-826;
Sosial sahəyə aid müraciətlər-335;
Hüquqi sahə ilə bağlı müraciətlər-216;
Səhiyyə sahəsinə aid istiqamətlənən müraciətlər-58;
Digər zənglər- 177.
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9