Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
  • Baxış sayı: 3371
  • Şərhlər: 0
  • Müəllif: Milaska89
  • Tarix: 15-12-2011, 22:11
  • Bölmə: Digər
  • Açar sözlər:

"Azərbaycan" radiosu “Hər kəsdən fərqli” verilişi təltif edildi

Moskva, 14 dekabr (AzərTAc). “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Hər kəsdən fərqli” proqramı elektron KİV proqramlarının, əlillər haqqında və əlillər üçün “İnteqrasiya” internet layihələrinin Birinci Beynəlxalq Festivalının diplomuna layiq görülmüşdür. Festival Moskva hökumətinin, Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyasının (BJİK) və Rusiya Jurnalistlər İttifaqının (RJİ) köməyi ilə Beynəlxalq Televiziya və Radio Akademiyası (BTRA) və Ümumrusiya Əlillər Cəmiyyəti tərəfindən təşkil olunmuşdur.
Festivalın münsiflər heyətinin iclası və təntənəli mükafatlandırma mərasimi bir gün əvvəl Rusiya paytaxtında keçirilmişdir. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Rusiya Federasiyasındakı müxbir bürosunun rəhbəri Zakir Musayevə festivalın diplomu təqdim olunmuşdur.
Zakir Musayev AzərTAc-a bildirmişdir ki, Azərbaycan televiziyası və radiosu müəllif qrupunun yarım saatlıq “Hər kəsdən fərqli” proqramında Azərbaycanda əlillərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif sosial proqramların həyata keçirilməsindən və onlara dövlət dəstəyindən söhbət açılır. Proqramda gəncləri, uşaqları, bütöv ailələri əlilə çevirən müharibənin dəhşətli nəticələri xüsusi vurğulanır. Bu insanlar öz ailələrinin və Vətənin rifahı naminə yaşayıb yarada, inkişaf edə, quruculuqla məşğul ola bilərdilər.
Z.Musayev həm proqramı təqdim edərkən, həm də münsiflər heyətinin iclasında çıxışında demişdir ki, müstəqilliyinin bərpa olunmasının 20 illiyini qeyd edən Azərbaycan suverenliyinin ilk illərində Ermənistanın təcavüzü və amansız Qarabağ müharibəsi ilə üzləşmişdir. Belə bir vəziyyət sosial-iqtisadi problemlərlə yanaşı, böyük insan itkilərinə gətirib çıxarmışdır. AzTV-nin Rusiya bürosunun başçısı demişdir: “Xeyli sayda insan əlil oldu. Ailə başçısının fiziki imkanlarını, normal yaşamaq və pul qazanmaq imkanlarını itirməsi səbəbindən ailələr adi yaşayış imkanlarından məhrum oldular. Azərbaycanda əlillərə sosial dəstəyi nəzərdə tutan proqramlara böyük əhəmiyyət verilir. Həmin istiqamətdə çox iş görülür və bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır”.
BTRA-nın tanınmış ekspertlərinin, məşhur jurnalistlərin daxil olduğu münsiflər heyəti radioproqramla tanış olduqdan sonra Azərbaycan jurnalistlərinin işini yüksək qiymətləndirmişdir. Onların fikrincə, “Hər kəsdən fərqli” proqramı son dərəcə böyük əhəmiyyət daşıyan mövzunu qabardır, əlillər, fiziki imkanları məhdud insanlar üçün aktual olan məsələlərə toxunur.
“Hər kəsdən fərqli” radioproqramı, həmçinin BJİK və RJİ-nin diplomuna layiq görülmüşdür. Təşkilatçılar AzTV-nin təmsilçisi Zakir Musayevi festivalın digər iştirakçılarından fərqli olaraq, səhnəyə iki dəfə dəvət etmişlər. Z.Musayev AzTV-nin rəhbəri Arif Alışanovun və təmsil etdiyi yaradıcı kollektivin adından bu, çox nüfuzlu və əhəmiyyətli festivalın təşkilatçılarına dərin minnətdarlığını bildirərək demişdir ki, həmkarlarının işinin yüksək qiymətləndirilməsi Azərbaycanın belə mötəbər beynəlxalq forumlarda bundan sonra da iştirak etməsinə gözəl stimul yaradır.
Xatırladaq ki, dördüncü dəfə keçirilən festival əvvəlki illərdə sırf Ümumrusiya formatında olmuşdur. Bu il ilk dəfə beynəlxalq səviyyədə keçirilən festivalda Rusiya, Finlandiya, Vatikan, Moldova və digər ölkələrin jurnalistlərinin işləri təqdim olunmuşdur. Ənənəvi olaraq festival BMT Baş Məclisinin elan etdiyi Beynəlxalq Əlillər Gününün qeyd olunduğu dekabr ayında keçirilir.
Qeyd edək ki, BTRA 2002-ci ilin oktyabrında Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Kanada, Litva, Rusiya, ABŞ, Finlandiya, Tacikistan və İsveçrənin elektron KİV nümayəndələrinin təsis konfransında yaradılmışdır.
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9