Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
Azərbaycan cəmiyyəti və əlil insanlar
  • Baxış sayı: 4771
  • Şərhlər: 2
  • Müəllif: Milaska89
  • Tarix: 21-06-2011, 10:39
  • Bölmə: Digər
  • Açar sözlər:

Azərbaycan cəmiyyəti və əlil insanlar

Bu elə aktual mövzudur ki,bü gün dünyanın hər yerində bu mövzu gündəmdə olmalıdır.Əlilik.Maraqlıdır bu cür insanlar özlərini cəmiyyətin diskriminasiya ünsürü olaraq görürlərmi?Ümumiyyətlə elilik deyəndə gözümüzün qarşısına gələn şərait hansıdır?Məncə bu “hansı”dır sualından öncə bir baxaq ki,heç varmı ki…Nəyə görə bizim ölkədə əlil insanlara qarşı bu qədər biganə yanaşırlar.Mən ümumiyyətlə əlil insan və Azərbaycanda yaşamaq deyiləndə nəsə bu iki anlamda oxşarlıq tapa bilmirəm.Çünki Azərbaycan axırdan birinci ölkələrdəndir ki,Əlil insanları üçün heç bir şəraiti yoxdur.Sadəcə onlara pensiya verməkdən və hər il guya ki,onları düşünərək bu pensiyaları artırmaqla əlil insanlara qayğı göstərmiş olurlar.Bir nəzər salaq ki,bizim ölkəmizdə icitmai nəqliyyatlarda əlillər üçün hanısısa şərait varmı?Sözün doğrusu var,vacib olan əməl olunurmu?Azərbaycana xaricdən gətirilən mikro avtobusların içərisində məhz əlillərin düşüb-çıxması üçün şərait quraşdırılıb.Ama təəssüflər olsun ki,Azərbaycan sürücüsü onu vaxtına ziyan bilib açmamağı üstün tutur.Hətta mən bir dəfə bu barədə sürücuyə sual verəndəki nəyə görə əlillər üçün qurulan bu şəraitdən istifadə etmirsiniz?O mənə cavabında bildirdi ki, “ay qızım sənin işin yoxdur?”Cavab verəndəki mənim işim bu o acıqla mənə dediki biz plan veririk gündəlik olaraq,avtobusda həmin əlillər üçün hissəni açaraq vaxtımızı itirmiş oluruq.Mənim işim-gücüm yoxmu ki,hər dəfə əlil minəndə avtobusu saxlayım,düşüb avtobusdan həmin hissəni açım əlil düşsün sonra yenə bağlayım?Bir düşünün şəhərdə bu vaxta nə böyüklüyündə tıxac yaradmış oluram.Həm bir əlil insanın işi varsa o taksi ilə daha rahat gedə bilər fikrini dedi.O,danışdıqca içimdə qəzəbli bir nifrət hissi oyanırdı ki doğurdanmı bizim insanlıq hissimiz bu qədər məhv olub gedir?Doğurdanda biz elə insanlara bu qədər soyuq,biganə yanaşmalıyıq?Axı o insanların yerində bizlərdən biri də ola bilərik.Bir insanın xüsüsəndə qüsürlu insanların sevgiyə qayğıya daha çox ehtiyacı var.Bəs biz bu qayğını niyə onlardan əsirgəməliyik?Hər şeyi nəzərə alaraq bir şeylə razilaşmaq lazımdır ki, doğurdanda əlil oldun yaşadın ya öldün heç bir fərqi yoxdur bizim ölkədə.

Yazar: Gülnar Musayeva
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9