Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
Əlilliyi olan gənclər fəal vətəndaşlara çevriləcək
  • Baxış sayı: 1979
  • Şərhlər: 0
  • Müəllif: 1ik.Biz
  • Tarix: 5-06-2011, 13:17
  • Bölmə: Digər
  • Açar sözlər:

Əlilliyi olan gənclər fəal vətəndaşlara çevriləcək

Əlilliyi olan gənclər fəal vətəndaşlara çevriləcək

“Təlimlər mənə öz hüquqlarımı tanıtdı, artıq mən sərbəst şəkildə CV və biznes plan tərtib edə bilirəm. Biz burada bir ailə olduq. Əminəm ki, evdən kənara çıxmayan bizim kimi gənclər, timsalımızda çox həvəslənəcəklər. ” Ülkər

“Bu proqram mənim həyatımda köklü dəyişiklik etdi. Artıq mən Uşaqların Xilası təşkilatının əməkdaşıyam.” Lalə"

Bu fikirlər Gəncədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyilə Uşaqların xilası və UAFA-nın birgə əməkdaşlığı ilə həyata keçirilən Dayanıqlı Dəyişiklik Naminə Birgə Fəaliyyət proqramı çərçivəsində baş tutmuş konfransda gənclər tərəfindən səsləndirildi.

Tədbirin keçirilməsində məqsəd layihənin cəlb olunan və təlimlərdə iştirak edən əlilliyi olan gənclərə verdiyi fayda, onların əmək fəaliyyətləri sahəsində əldə etdikləri uğurları və bu sahədəki çətinlikləri müəyyənləşdirmək olmuşdur. Əlilliyi olan gənclərin əməyə cəlb olunmasının zəruriliyi, cəmiyyət üçün faydalı vətəndaşa çevrilməsi imkanı, cəmiyyətin və dövlətin onlara göstərəcəyi dəstəyin önəmi tədbirin əsas müzakirə mövzusu oldu.

Konfransda layihə icraçıları, bir sıra dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə yanaşı layihəyə cəlb edilmiş gənclərin də fikirləri dinlənildi.

Tədbirə Gəncə şəhər icra hakimiyyəti, Milli Məclis, Gəncə Məşğulluq İdarəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, USAİD, eləcə də Uşaq Fondu, Gözdən Əlilliyi olan İnsanların Cəmiyyəti və digər əlaqər təşkilat və dövlət strukturlarının nümayəndələri qatılmışdılar.
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9