Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
  • Baxış sayı: 4209
  • Şərhlər: 0
  • Müəllif: Milaska89
  • Tarix: 26-09-2010, 00:00
  • Bölmə: Digər
  • Açar sözlər:

"Sənsiz" xeyriyyə cəmiyyəti

"Sənsiz" xeyriyyə cəmiyyəti


"Sənsiz" xeyriyyə cəmiyyəti
"Sənsiz" xeyriyyə cəmiyyəti 1994-cü ilin dekabrında dövlət qeydiyyatından keçib. Cəmiyyətin əsas məqsədi ailə başçısını erkən itirərək təkbaşına övlad böyüdən analara hüquqi, mənəvi, maddi yardım göstərmək, dayaq olmaqdır. Təxmini hesablamalara görə respublika əhalisinin 1,5 faizi bu kateqoriyaya daxildir.
Cəmiyyət tək valideynli natamam ailələrin problemlərini dövlətin müvafiq dairələrinə çatdırır, bu problemlərin həllində onların rolunu artırmağa, fəaliyyətini bu istiqamətə yönəltməyə çalışır.
Fəaliyyəti dövründə cəmiyyət bu zümrədən olan ailələrə onların müraciətlərinə əsasən qismən də olsa sosial, təhsil, hərbi qulluq, həbsdən azad edilmə və s. sahədə yardım göstərə bilmişdir.
Heç bir maliyyə mənbəyi olmadığından cəmiyyət tam ictimai əsaslarla fəaliyyət göstərir. Cəmiyyət natamam ailələrin problemlərinə diqqəti cəlb etmək üçün dəfələrlə Milli Məclisə müraciət etmişdir. Qəbul olunan qanunlarda natamam ailə problemlərinin öz əksini tapmasına yardımçı olmalarını xahiş etmişdir.
Cəmiyyət müxtəlif beynəlxalq qurumların layihələrində fəal iştirak edir, təşkil edilən sərgilərə qoşulur. Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əlaqə saxlayır, dəstəklərindən istifadə edir.
Cəmiyyət ölkə prezidentinə respublikamızda "Valideyn günü"nün qeyd olunması xahişi ilə müraciət etmişdir.
Cəmiyyət Milli Məclisin sosial-iqtisadi komissiyasının işində, iclaslarında mütəmadi olaraq iştirak edir. Milli Məclisin 1998-ci ildə "Uşaq hüquqlarına dair" işlənən qanununun 30-cu maddəsində valideynlərindən birini itirmiş uşaqların hüququnun müdafiəsinə dair proqram qəbul edilmişdir. Lakin 1999-cu ildə "Uşaq hüquqlarına dair" proqrama düzəliş verərkən həmin maddə çıxarılmışdır. Cəmiyyət bunu böyük təəssüflə qarşılamaqla, millət vəkillərinə "Valideyn tək olarsa" sorğu anketi göndərmiş, Azərbaycanda ailə başçısını erkən itirmiş, öhdəsində azyaşlı övladları qalmış 100 mindən artıq ananın 250 minədək övladı olduğunu göstərmiş, bu məsələyə qayğı tələb etmişdir.

Ünvan: Qara Qarayev, 114/37

Tel: (+994) 12 4744313

(+994) 12 4903213
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9