Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
№1 Sumqayıt şəhər sakini 23 yaşlı qızın əməliyyatı

№1 Sumqayıt şəhər sakini 23 yaşlı qızın əməliyyatı

№1 Sumqayıt şəhər sakini 23 yaşlı qızın əməliyyatı


Nəhayət ki, lazım olan məbləğ yığıldı və bir neçə gün əvvəl (09.09.2009) qızın ailəsi ilə tanışlığa getdik. Həqiqətən də, ehtiyacları olan bir ailə olmaqlarına baxmayaraq, bunu biruzə verməməyə çalışırdılar. lakin nəzərə alsaq ki, elə də böyük olmayan məbləğə başa gələcək bir əməliyyat artıq 3 ildir ki, qalır, ehtiyaclarını başa düşmək elə də çətin deyil.
Əməliyyat ayın 12 - si olmalı idi. Bizsə, həmin gün (dərslərimizlə əlaqədar olaraq) xəstəxanaya gedə bilib-bilməyəcəyimizə əmin deyildik, odur ki, lazımi məbləği elə həmin gün qızın anasına verdik. Qismətsə belə gətirdi ki, elə özümüz də, həmin gün gedib qızı əməliyyatdan sonra ziyarət edə bildik. Çooox şükürlər olsun ki, əməliyyat uğurla alınıb və qız tezliklə xəstəxanadan çıxacaq.
Qızın anası bizə necə təşəkkür edəcəyini bilmirdi. Bu işdə zərrə qədər olsa belə, əməyi olan hər kəsə bol-bol dua edir, təşəkkürlərini bildirməkdən yorulmurdu...
Bu anları yaşamaq çoox xoş idi!
Allah hamıya ürəyincə versin və bu işlərimizin davamlı olmasına kömək olsun. Amin!


Redaktə edilib: 01.10.2009
Ailə ilə əlaqə saxladıq, qızımız özünü yaxşı hiss edir, tez-tez həkimlə əlaqə saxlayır, müalicəsini davam etdirir. Dərman və s. üçün ailənin bizdən sonra çəkdiyi xərci öyrəndik və lazımi məbləği yenidən ailəyə çatdırdıq.



Redaktə edilib: 19.03.2010
Ailəyə sürpriz bayram hədiyyəsi...
Dedik süfrələri bir az da bol olsun..
Sumqayıta hər an gedib çıxa bilmədiyimizə görə, bəzən poçtdan istifadə edirik. Bu dəfə də belə oldu.
Allah kömək edənlərə özü kömək olsun!


Redaktə edilib: 20.01.2011
Qızımızla əlaqə saxladıq, özünə iş tapıb işləyir artıq...
Yəqin ki, bu, fəaliyyətimiz müddətində aldığımız ən xoş xəbərdir.
Allah belə xəbərlərimizi bol etsin, amin!
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9