Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
№15 Çoxuşaqlı aztəminatlı ailə

№15 Çoxuşaqlı aztəminatlı ailə

№15 Çoxuşaqlı aztəminatlı ailə


"1 ehtiyacı yox etmək üçün diqqətli olaq!" aksiyası çərçivəsində tanış olduğumuz ikinci ailə:

Ailədə ata səhhətindəki problemlə əlaqədar olaraq işləyə bilmir. Yalnız evdə şirniyyat sifarişləri qəbul etməklə az-çox qazanır, lakin bu qazancla ailəni təmin etmək mümkün deyil. Ana isə 5 azyaşlı övladını evdə qoyub işə gedə bilmir.

Ailənin 2 qızı artıq məktəb yaşını keçsə də, ailənin daim kirayələrdə ev dəyişməsi ilə əlaqədar, daimi yaşayış yerləri olmadığı üçün məktəbə getmirlər. Bu ildən bir tanış xanım onların məktəbə hazırlığını təmənnasız şəkildə boynuna götürüb.

Oğlanlar hələ məktəb yaşına çatmayıblar. Kiçiyi, çox şükür, sağlamdır, böyüklərdən biri isə uşaq vaxtı yanıq xəsarəti alıb. 6 yaşından sonra əməliyyata ehtiyacı olacaq (Şəkildə göstərilən hissə yanığın çox kiçik hissəsidir, qalan yanıq hissələr ümumiyyətlə baxılası halda deyildi).
Digər oğulda isə getdikcə qozbellik əlamətləri özünü göstərir. Həkim bir neçə aylıq xüsusi üzgüçülük kursuna ehtiyac olduğunu deyib. Kursun bir ayının qiyməti 50 AZN-dir. İnşAllah, Allahın köməkliyi ilə, ən azından, uşağın müalicəsi üçün vacib olan bu kursun aylıq ödənişlərini üzərimizə götürə bilsək, yəqin ki xeyli köməklik etmiş olarıq.

Yaxın 10 gün içində ailəni ərzaq yardımı və heç olmasa ilk ayın üzgüçülük kursu üçün ödənişi ilə ziyarət etməyi düşünürük.
32 və 33 ölçüdə qız çəkmələrinə də ehtiyac var. İnşAllah ki, kimdə istifadəsiz varsa əsirgəməz. Əks halda, onları da almaq qismətimiz olar Allahın köməkliyi ilə.


Ailəyə istənilən cür yardım etmək istəyən hər kəs bizimlə əlaqə saxlaya bilər (istəyən ziyarət zamanı şəxsən iştirak edə bilər):

055 774 33 44 Rüstəm
SenDeQoshul@1ik.Biz
FaceBook Group
Əlaqə vasitələri haqda ətraflı
Qiymətləndirmə:

Şərhlər

Müəllif: 1ik.Biz   8 fevral 2013 00:38  |  Qrup: Təşkilatçı


--------------------

sitat        
Müəllif: 1ik.Biz   27 yanvar 2013 23:53  |  Qrup: Təşkilatçı
Dekabr ayı üçün evin kirayə haqqına kömək olaraq, 110 azn ailəyə çatdırıldı.
Bundan başqa ailənin bir ehtiyacı - tozsoran da təmin olundu, Allah əl tutanlardan razı olsun!
Bir neçə gün əvvəl isə uşağın müalicəsi üçün ödəniş olundu.
Uşağın təkrar müayinəsi zamanı məlum oldu ki, xüsusi üzgüçülük kursuna ehtiyac yoxdur, 10 günlük xüsusi masaj kursu kifayət edəcək. Odur ki, ödənişi də məhz bu masaj üçün etdik.
Allah əl tutan hər kəsdən razı olsun!


--------------------

sitat        

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9