Bizim üçün çox darıxacaqsınız! :)Yeni tipli internat evinə şahmat və çarpayıSon yeniliklər barədə qısa xülasəBu dəfə ayağa qalxmasına vasitəçi olacağımız kəs - Zeynal balamız2014-cü ilin ilk işi | Xəzər kiçik qrup evinə ziyarətimiz21 yaş hələ çox tezdir5 ildir ki, 1ik.Biz
Xəbər:
№25 Komandamızın nənəsi))

№25 Komandamızın nənəsi))

№25 Komandamızın nənəsi))


Bu gün bir nənəni ziyarətə getdik. Nənə çox şirin, mehriban, yaxşı öyüd-nəsihətlər verə bilən istiqanlı bir nənədir.
Bir xanımın evində "kirayə" qalır. Xanıma ayda 100 AZN ödəyir, xanım isə nənəyə bir kiraçı kimi deyil, bir insan olaraq yanaşır - istər gündəlik tələbatlarına, istərsə də həkiminə, dərmanına çatır..
Nənə özü 140 AZN təqaüd alır.
Bir oğlu var imiş, rəhmətə gedib. Oğlunun yoldaşı da rus olub, yoldaşı rəhmətə getdikdən sonra çıxıb gedib. İndi nənənin heç kimsəsi yoxdur.
Nənənin ən əsas ehtiyacları dərmanlarıdır. Dərmanları çox vaxt nisyə alır. Elə bugünkü söhbətimizdə məlum oldu ki, son aldığı dərmanlara görə yaxınlıqdakı aptekə 50 manat borcu var.
Gələn dəfə gəldiyimizdə nənəyə nə alacağımızı təxmin etmək üçün söhbət arası nənədən nələri sevib-sevmədiyini də öyrəndik.

Redaktə edildi: 20.02.2013
Dünən nənənin yanında qalan xanımla danışıb, nənəni ziyarətə gəlmək istədiyimizi dedik. Xanım nənənin vəziyyətinin ürəkaçan olmadığını, elə dünəni gün təcili yardım çağırdıqlarını bildirdi.
Bu gün gedəndə nənə üçün bir az meyvə, meyvə şirəsi və dərmanlarını aldıq. Nənə "təqaüdümü almağa gedəndə, qayıdarkən çox yorğun olduğumdan küləkdə oturmuşdum, elə onda soyuqlamışam yəqin" - dedi. Həkim də güclü soyuqdəyməsinin olduğunu deyibmiş.

Redaktə edildi: 19.03.2013
Bu gün nənənin bayramını təbrik etmək üçün onu ziyarətə getdik, nənə keçən dəfə onu ziyarətə gəlib bu dəfə gəlməyən qrup üzvlərimizi axtarırdı..
"Sizin dərmanlarınızla dirildim" - dedi :)

Redaktə edildi: 12.07.2013
Bir neçə gün sonra əsgər getməli olan qrup üzvümüzə birlikdə nənəni ziyarət etdik, söhbət əsnasında razılaşdıq ki, nənə təqaüdünü evin kirayəsinə və dərmanlarına verəcək, biz isə nənəni hər 20-25 gündən bir ərzaqla təmin edəcəyik, Allahın izni ilə.

Redaktə edildi: 10.09.2013
Bu dəfə ərzaqları apararkən nənəni görə bilmədik. İynə vurdurmaq üçün həkimə getmişdi. Ərzaqları evə qoyub qayıtdıq. Axşam nənə zəng edib o ki var dua etdi, bütün əl tutanlara. Allah razı olsun!

Redaktə edildi: 05.10.2013
Keçən dəfə nənə soyuqdəyməsi ilə bağlı getmişdi həkimə, bu dəfə isə gözündən müalicə alırmış. Yenə nənəni görmədik, sonradan zəng edib təşəkkürünü bildirdi.

Redaktə edildi: 02.11.2013
Bu dəfə ziyarətdən əvvəl zəng edib nənənin evdə olub-olmadığını dəqiqləşdirdik, odur ki, bu dəfə özünü də görə bildik. Nənəmizin yaşı çox olsa da, dükan-bazardan alınmış ət məhsulları yemir, qonşuluqdan toyuq alır, kəsdirir və özü təmizləyib bişirir. Odur ki bu dəfə həm də toyuğun alınması üçün nənəyə pul verdik :-)
Qiymətləndirmə:

Şərhlər

Şərh əlavə et


Şərh yazmaq

Ad:*
E-Mail:
Şərh:
Qalın Əyri Altından xətt çək Xətlə | Sol tərəfə Mərkəz Sağ tərəfə | Mimika KeçidMühafizəli keçidin əlavə edilməsi | Gizli mətn Sitat Преобразовать выбранный текст из транслитерации в кириллицу
Kodu daxil edin: *
Reklam

İanələrin online qəbulu


Daimi büdcə


Əməkdaşlıq təklifi


Sualınız var? Buyurun!


Уважаемый пользователь! Вы используете устаревший браузер Internet Explorer 6. Дальнейшее использование этого браузера влечет за собой высокий риск заражения Вашего компьютера вирусами. Чтобы сделать пребывание в Интернете более удобным и безопасным, рекомендуем установить себе    Internet Explorer 9